Ana səhifə

Alpinistlərin axtarışı ilə məşğul olan dağçı: "Orada heyvanlar var, amma nə bilim, çətin sualdır" - MÜSAHİBƏ

    Tarix: 15-01-2018 19:29   
Alpinistlərin axtarışı ilə məşğul olan dağçı: "Orada heyvanlar var, amma nə bilim, çətin sualdır" - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, ötən il dekabrın 24-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 alpinist itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvünün axtarışları davam edir.

Maraqlıdır, helikopterlə aparılan axtarışlar zamanı hər hansı izlərə rast gəlinibmi?

Helikopterlə aparılan axtarış qrupunda iştirak edən dağçı, alpinist Aleksandr Nəcəfovla bu haqda danışdıq.

-Hazırda ərazidə vəziyyət necədir?
-Dekabrın 30-dək axtarış qrupunda oldum. Dekabrın 30-dan sonra həmin ərazidən ayrıldım. Hazırda axtarışları dayandırmaq lazımdır. Çünki vəziyyət təhlükəlidir, ərazidə uçqun təhlükəsi yüksəkdir. Bu səbəbdən axtarışları yay aylarında davam etdirmək lazımdır. Çox təəssüflə deyirəm ki, hazırda axtarışlar aparmaq mənasızdır. Çünki bizim dərələrdə işləmək böyük riskdir. Hər zaman uçqun təhlükəsi yarana bilər.

-Axtarışlardan danışaq. Nəsə iz tapmaq mümkündürmü?
-Artıq orada heç nə tapa bilmirik. Hazırda bizim orada nə isə tapmağımız çox az inandırıcıdır. Oradakı texnikanın apardığı işlər əslində xilasetmə əməliyyatları deyil, axtarış əməliyyatlarıdır. İyun-iyul aylarında normal şərait yarananadək əməliyyatı dayandırmaq lazımdır, başqa variant yoxdur. Əks təqdirdə, oradakı texnikanın hərəkəti qar uçqunu və qəza üçün əlavə təhlükə yaradacaq.

-Alpinistlərin təhlükəsizliyi üçün onların üzərlərində çiplər də olmalı idi. Məhz, bu çiplərin sayəsində onları daha tez xilas etmək olardı.
-Təəssüf ki, çiplər, və onları axtaran xüsusi avadanlıqlar yoxdur. Bu çipləri satan mağazalar da yoxdur. Qışda, xüsusən də, noyabrdan mayadək həmin ərazilərə getmək çox təhlükəlidir. Qışda bu marşrutlar bağlı olub. Alpinistlər də gözəl bilir ki, qışda ora getmək çox təhlükəlidir. Çünki orada V formasında olan dərələr var. Orada uçqun təhlükəsi çox yüksək olduğu üçün həmin ərazilərə getmək olmaz. Ora getmək üçün mütləq təhlükəsiz yolu bilmək lazım idi. Lakin təəssüflər olsun ki, bu uşaqların informasiyası olmayıb. Təcrübəli alpinistlər və turistlər bizim bu dərələrin təhlükəli olduğunu bilirlər. Çiplərdən xizəkçilər istifadə edirlər. Dağçılıq və xizəksürmə ilə məşğul olan şəxslərin və turistlərin qəzaya uğraması halları da baş verir. Bu başqa məsələdir. Bu tamamilə fərqli ekstremal şəraitdir. Alpinistlərin axtarışı üçün istifadə olunan xüsusi əməliyyatların keçirilməsi onlara tətbiq olunmur.

-Axtarışlar zamanı nəsə bir iz tapıldımı?
-Müəyyən izlər axtarmaq üçün helikopterlə axtarışlar aparıldı, lakin belə iz tapılmadı.

-Heyvanlar tərəfindən yeyilməsi ehtimalı nə dərəcədə realdır?
-Bu sualı cavabalndırmaq çətindir. Əlbəttə, orada heyvanlar var. Amma nə bilim... Çətin sualdır. Sağ qalma ehtimalları da...

Nigar Məhərrəm
Cebhe.infoшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net