Ana səhifə

İRANDA SİSTEMİN GÜCÜ SINAQDANMI ÇIXARILDI? – “ABŞ İrana zərbələr vurmaqda davam edəcək!”

    Tarix: 15-01-2018 19:19   
İRANDA SİSTEMİN GÜCÜ SINAQDANMI ÇIXARILDI? – “ABŞ İrana zərbələr vurmaqda davam edəcək!”

Məsələyə yuxarıdakı başlıq çərçivəsindən yanaşsaq, onda 2017-ci ilin son günlərində İranda baş vermiş və gözləntilərdən fərqli bir effekt verən hadisələr belə bir sual doğurur: hansı sistemin sınaqdan çıxarılmasından söhbət gedir?

Söhbət beynəlxalq sistemdən, yoxsa İranın daxili sistemindən gedir? Daha bir tamamlayıcı əlavə sual: kim kimi və ya kim hansı sistemləri sınaqdan keçirdi?

Əgər konkret desək, məsələn, bu hadisələrin gedişində İran özünün daxili sisteminə beynəlxalq və regional güclərin, ən əsası isə yaxın xaricin ona qarşı münasibətini sınaqdan keçirmək istəyə bilər. Onda biz bir neçə müstəvinin qarışıdığı sınaq prosesi ilə qarşılaşırıq. İrana məxsus olan özünəməxsus xüsusiyyətlər və beynəxalq sistemin qeyri-müəyyən vəziyyətdə olması bizi bu fikrə gətirir.

Bundan başqa hadisələrin mənbəyi, onların başvermə yeri, İran rejiminin mövqeyi-reaksiyası və xarici oyunçuların rolu bu məsələyə münasibətdə birmənalı olmayan qarmaqarışıq fikirlər yaradır.

İranın nöqteyi-nəzərinə görə bizim qarşımızda belə bir mənzərə açılır: bu ölkənin qarşılaşdığı problemlər onu daha dərin böhranlara sürükləyə bilər.

Baş verən hadisələr həm də onu göstərdi ki, hakim rejimin mövqeyi, onun qarşıya qoyduğu hədəflər cəmiyyət içərisində əvvəlki təsir imkanına malik deyil. Mövcud siyasi quruluş kövrəkdir və hətta hədəf halına gəlir. Həmin etirazlar zamanı rejimin simvolları, liderləri və ideoloji istiqaməti hədəf alınmışdı.

Bu, İranda İslam inqilabı zamanından indiyədək ilk dəfədir ki, baş verir. Hadisələrin belə bir səviyyəyə gəlib çatacağı öncədən görülmədiyi üçün, hakimiyyət buna cavab vermək yerinə dərin susqunluğa üstünlük verdi. Onlar daha sonra hadisələrin mahiyyəti ilə konkretlik təşkil etməyən bəlağətli sözlər söyləməyə başladılar.

Ola bilər rejim hesab edib ki, bu cür təxribatlar İranı çox sürətlə vətəndaş müharibəsinin girdabına qərq edə bilər.
Əgər rejim ciddi dəyişikliklərə getməzsə, onda İranda kollapsın olacağı qaçılmazdır. Çünki səslənən şüarlarla xalq tamamilə açıq şəkildə bildirdi ki, onlar bəlağət və islamdan istifadə edən rejimə daha dözmək istəmirlər.

Bu gün rejimin qarşısında dayanan məsələlər, dünənə nisbətən daha çətindir. Ona yeni diskurs, siyasi quruluş ideyası və bunlar ətrafında xalqı birləşdirə biləcək rəhbərlik lazımdır.

Bundan sonra “ABŞ-İsrail-Səudiyyə Ərəbistanı üçlüyündən irəli gələn xarici təhlükə”nin bir motiv kimi uzun müddətə mövcud ola bilməyəcəyi anlaşılır.

Hərçənd ki, ayətulla Əli Hamenei İrandakı hökumət əleyhinə nümayişlərdə ABŞ-ı günahlandırıb və Donald Trampı hədəf alaraq, ”Ağlı yerində olmayan bu adam bilməlidir ki, bunlar cavabsız qalmayacaq” desə də, ancaq aydındır ki, qısamüddətli perspektivdə revanş olmayacaq, ona görə də bunun əvəzinə xalqın tələblərinin təcili yerinə yetirilməsi vacibdir.

Xalq bu cür revanşın İran iqtisadiyyatına necə baha başa gələcəyini yaxşı anlayır. ABŞ-a qarşı hər hansı cavab gedişi, indi Trampın işini daha daha da asanlaşdırar.

Türkiyə-Rusiya-İran birliyi də sınandı!
Bu hadisələrlə bağlı Türkiyə və Rusiyanın tutduğu mövqe və onların Tehran rəhbərliyinə göstərdikləri dəstək, İran üçün başlıca təminat və rahatlıq oldu. Bu dəstək xarici dinamikaya təsir göstərdiyi kimi, ölkə daxilində də mühüm rol oynadı. Əgər Türkiyə başqa bir mövqe tutsaydı, hər şey daha mürəkkəbləşəcəkdi. İranın Ankaradakı səfiri Mühəmməd İbrahim Taherian bunu açıq söyləyib. Ona görə də, İran ən azından özünün Türkiyə ilə bağlı bəzi bəyanatlarında daha ehiyatlı olacaq.

Həmçinin Rusiyanın böhranın gedişindəkı bəyanatları da diqqətə alınmalıdır. Rusiya yenidən bildirdi ki, İran onun üçün həyati vacib ölkədir. Əgər ehtiyac olarsa, İran naminə Rusiya birbaşa müharibəyə girə bilər.

ABŞ-ın yalnızlığı bir daha test edildi!
Bütün baş verənlərə baxmayaraq, ABŞ bu böhranın gedişində istədiyi nəticəni əldə edə bilmədi. Bu, çətin ki, mümkün olsun, çünki etiraz aksiyalarında onlardan gözlənilənlər yalnız sözdən ibarət idi. Bundan sonra ona güvənənləri ABŞ-ın inandıra bilməsi heç də asan olmayacaq.

Beləliklə, Şimali İraqdakı “25 sentyabr referendumu uğursuzluğundan” sonra bu böhran ABŞ-ın regiondakı xarici siyasətinə daha bir ciddi zərbə vurdu.

Bundan başqa Qüds məsələsində olduğu kimi bir çox məsələlərdə ABŞ-ın qarşılaşdığı yalnızlıq burada da üzə çıxdı. BMT Təhlükəsizlik Şurasında hətta Fransa və Böyük Britaniyanı da ABŞ-la birlikdə görmədik. Çin və Rusiya haqqında isə hələ danışmırıq. ABŞ bu yalnızlığı və onun səbəbini hiss etməlidir. Çünki hətta Qərb dövlətləri də, ABŞ-ın demokratiya və insan haqları barəsindəki nağıllarına inanmırlar.

Belə ki, BMT Təhlükəsizlik Şurasının dörd üzvü ilə yanaşı İşveç də İrandakı etirazları öz məqsədləri naminə istifadə etməyə cəhd göstərən ABŞ-ı qınadı. Bununla əlaqədar ABŞ dövlət katibi Tillersonun söylədiyi ”islahatlar aparılmasına çağırışlar edənlərin müdafiə olunması ilə bağlı Avropa ölkələrinin sağlam mövqe tutmamaları bizi dərindən məyus etdi” sözləri etiraf kimi səslənir.

Yaxşı, bəs ABŞ bu yoldan geri çəkilərmi?

Əlbəttə, yox. İranın geosiyasi və strateji əhəmiyyəti bu ölkə ətrafında cərəyan edən təsir uğrundakı mübarizəni daha amansız və qanlı hala gətirə bilər. ABŞ-ın nöqteyi-nəzərindən İran “Böyük Yaxın Şərq” layihəsinin reallaşdırılması yolunda iki iri hədəfdən biridir.

ABŞ başa düşür ki, İrandakı mövcud rejimin öz mahiyyətini dəyişdirəcəyi heç də asan olmayacaq. Elə buna görə də, ABŞ İrana qarşı müxtəlif yönlü zərbələr vurmaqda davam edəcək!

(Milli Gazete-Türkiyə)

azpolitika.infoİRANDA SİSTEMİN GÜCÜ SINAQDANMI ÇIXARILDI? – “ABŞ İrana zərbələr vurmaqda davam edəcək!”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net