Ana səhifə

Lotu Qulinin rəqibi “qanuni oğru” adından məhrum edildi

    Tarix: 13-01-2018 23:24   
Lotu Qulinin rəqibi “qanuni oğru” adından məhrum edildi

Yunanıstanda kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) rəqibi Dato Ağcabədinski "qanuni oğru” adından məhrum edilib

1985-ci ildə Yeni Qaradolaq kəndində anadan olan Ağcabədi rayon sakini Cavid Məmmədov Lotu Qulinin arxasınca danışdığı üçün cəzalandırılıb.

"Oğru” dairələrinə yaxın mənbə bildirib ki, yanvarın 11-də Yunanıstanda "qanuni oğru”ların "sxodka”sı olub. Meraba Canqvelidze və Zviada Papiaşvilinin görüşü gündəm olub.

"Sxodka”da "Qanuni oğru” Qayoz Zviadzenin başçılığı altında 22 kriminal avtoritet iştirak edib. Görüşə Dato Ağcabədinski də gəlib. Bundan əvvəl qeyd olunurdu ki, Dato Ağcabədənski David Sebiskveradze (Dato Kutaisski), Laşi Celadze (Raça) və Zaza Ambroladzenin (Zaza) simasında yunan klanı ilə dostlaşıb.

Kriminal avtoritetlər ilk olaraq qanuni oğru Eduard Asatryanın (Edik Osetrin) vəzifələrini müzakirə ediblər. Yanvarın 11-də Rusiya mafiyasının "xaç atası” Zaxariy Kalaşov (Şakro) həbsxanadan məktub göndərib. Yazıda qeyd edilir ki, "oğru obşakına” bundan sonra Edik Osetrin nəzarət edəcək. Yeri gəlmişkən, məhz bu hadisədən sonra "qanuni oğru” Maçe Qvaramiya (Maçik Senakskiy) Nadir Səlifovun yanına gəlib və oradan Osetrinə zəngə vuraraq üzr istəyib. Osetrin onun bağışlayıb, lakin xəbərdarlıq edib ki, bir də gözünə görünməsin.

"Sxodka” zamanı görüş iştirakçıları videobağlantı vasitəsi ilə Nadir Səlifovla əlaqə saxlayıb və ondan Türkiyədə nə qədər qalacağını soruşublar.

Bu zaman Qiya Kutaisski Dato Ağcabədinskidən Lotu Quli barədə dediklərinin izahını tələb edib. Belə ki, Dato Ağcabədinski Qulini oğru olmadığı bəyan etmişdi. Yeri gəlmişkən məhz bu səbəbdən Laşa Celadze Məmmədovdan uzaqlaşıb. Öz hərəkətini əsaslandıra bilməyən Dato Ağcabədinski oğru adından məhrum olunub.

Qeyd edək ki, Məmmədovun adı biznesmen Rəhman Əliyevin qətlində hallanır. Sonuncu sentyabrın 18-də Moskvanın cənubunda güllələnərək öldürülüb.

Cavid Məmmədov və Lotu Qulinin arasında münasibətlər isə Datonun (2006-2008-ci illərdə) "Vladimirski çentral”da "nəzarətçi” təyin olunmasından sonra pozulub.

Bəzi məlumatlara görə, Dato Ağcabədinskinin Tbilisidə Elşən Məmmədovun qətlində də əli var. Elşən Nadir Səlifovun yaxın adamı kimi tanınırdı.

Palitika.Azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net