Ana səhifə

Rəfsəncani İranı qarışdırır: ÖLÜMÜNDƏN SONRA DA

    Tarix: 13-01-2018 21:03   
Rəfsəncani İranı qarışdırır: ÖLÜMÜNDƏN SONRA DA

İranda baş verən son hadisələrdən sonra sabiq prezident Əli Əkbər Haşımi Rəfsəncaninin ölümü ilə bağlı iddiaları yenidən gündəmə gətirib. İran prezidenti Həsən Ruhani Rəfsəncaninin ölüm səbəbinə dair hesabatını rədd edib. Bu barədə Rəfsəncaninin oğlu məlumat verib. O, yanvarın 8-də “Pana” xəbər agentliyinə müsahibəsində deyib ki, Rəfsəncaninin oğlu deyib ki, şura prezidentə yazdığı məktubda bu işin bağlanmasını istəyirdi. Prezident Ruhani bu tələbi nəinki rədd edib, o hətta şuraya bu ölümün bütün səbəblərini sıfırdan araşdırmağı tapşırıb.

Qeyd edək ki, Rəfsancaninin ölümü haqqında bir sıra ziddiyyətli iddialar səslənirdi. Tərəfdarları Rəfsəncaninin ölümü ilə bağlı etiraz aksiyaları keçirmişdi. Rəfsəncaninin ailə üzvləri də daxil olmaqla bir çox tərəfdarları bu ölümün sui-qəsd olduğunu deyir.

Ekspertlər hesab edir ki, yenidən gündəmə gəlmiş bu məsələdən bəzi hakimiyyətdaxili qüvvələr öz maraqları üçün istifadə etməyə çalışır.



Siyasi-şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında Rəfsancaninin ölümü ilə bağlı hesabatın hələ yaxın zamanlarda təsdiq olunmayacağını deyib. N.Miri hesab edir ki, Ruhani bu məsələdən istifadə edərək cəmiyyətdə mövqeyini gücləndirməyə çalışır: “Rəfsəncaninin ölümü ilə bağlı verilən hesabatın tərəfindən qəbul olunmaması Ruhaninin rəhbərlik etdiyi hökumətlə SEPAH arasındakı ciddi bir savaşın nəticəsidir. Hətta İranda başlayan son aksiyaların kökündə də məhz bu rəqabətin durduğuna dair iddialar var. Etirazların ilk tələbləri də məhz iqtisadi problemlərlə bağlı idi və bilavasitə Ruhani hökumətinə yönəlmişdi.

Ancaq sonrakı etiraz prosesinin altından tamamilə fərqli hədəflər çıxdı. Və artıq istiqamət birbaşa İranın ali dini lideri olan Xamneyiyə yönəldi. Ümumilikdə İranda olan köhnəlmiş despotik rejimi hədəfə aldı. Bu faktın özü də göstərir ki, xarici müdaxilələr sadəcə, şişirdilmiş məsələdir. Əsas səbəb isə məhz hakimiyyətin içində olan savaşla bağlıdır. Ruhani artıq 2-ci dönəm prezident seçilsə də vəd etdiyi məsələləri yerinə yetirə bilmir. Çünki buna İranın idarəetmə sistemi, rejimi imkan vermir. Xüsusilə də bu islahatların qarşısında duran əsas əngəl İranda üç güc mərkəzindən biri olan SEPAH-dır. Görünən odur ki, Ruhani hakimiyyətində Rəfsəncaninin öldürüldüyünə dair konkret informasiyalar var. Suçlunun məhz SEPAH olduğu düşünülür. Əgər bu isbat olunarsa, təbii ki, Ruhaninin mövqeyi cəmiyyətdə çox ciddi şəkildə güclənəcək. Bunun məntiqi nəticəsi olaraq da İnqilab Mühafizəkarları Korpusunun-SEPAH-ın imici korlanacaq. Bu da gələcəkdə tədricən hökumətin EPAH-ı sıxışdırıb oyundan çıxarmasına səbəb ola bilər. Ona görə də düşünürəm ki, Ruhani məhz buna görə Rəfsəncaninin ölümü ilə bağlı verilən saxta hesabatı təsdiq etməyib. O, bu məsələnin araşdırılmasını və gerçəklərin üzə çıxmasını təşkil etməyə çalışır. Hesab edirəm ki, əgər konkret dəlil və sübutlar varsa, Ruhani bu məsələnin sonuna qədər getmək istəyəcək. Çünki bu məsələ əgər isbat olunarsa, bu Ruhaninin mövqeyini çox gücləndirəcək. Bu baxımdan Ruhani verilən hesabatı təsdiq etir”.

Vilayət Muxtarhttp:

cebhe.infoшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net