Ana səhifə

MÜHARİBƏ BAŞLADI: Türkiyə ordusu hücuma keçdi – SON DƏQİQƏ

    Tarix: 13-01-2018 16:05   
MÜHARİBƏ BAŞLADI: Türkiyə ordusu hücuma keçdi – SON DƏQİQƏ

Türkiyə ordusu PYD terrorçularının əlindəki Afrin bölgəsini bombalamağa başlayıb.

Publika.az xəbər verir ki, bu gün günorta saatlarından etibarən Türkiyənin Hatay vilayətinin Rehyanlı bölgəsindən Afrinə top atışları atılıb.

Qeyd edək ki, İdlibə girən Türkiyə ordusu aylardı Afrin əməliyyatına hazırlaşır. ABŞ isə Suriyanın şimalında (Türkiyənin cənub sərhədi) PKK/PYD güclərini silahlandırmağa davam edir. Amerikanın PYD/YPG terrorçularından təşkil etdiyi Suriya Demokratiya Qüvvələrini (SDQ) Türkiyənin cənub sərhədlərində yerləşdirməyə başlaması və təlimlər keçməsi Ankaranın hərəkətə keçməsinə səbəb oldu. Son məlumatlara görə, əməliyyat üçün əmr yanvarın 17-də keçiriləcək Milli Təhlükəsizlik Şurasında veriləcək. Lakin bu gün Afrinin bombalanması əməliyyatın tezləşdirilə biləcəyi ehtimalını gücləndirir. Hazırda Afrin Türkiyə ordusu tərəfindən mühasirəyə alınıb.
Asif

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net