Ana səhifə

Dəhşətli qış gəlir

    Tarix: 13-01-2018 13:10   
Dəhşətli qış gəlir

Türkiyənin Hidrometroloji Hava Proqnozları Bürosu bu haqda məlumat yayıb.

Cebhe.info xəbər verir ki, məlumata görə, bu gündən etibarən Türkiyədə bir çox şəhərlərdə qar yağacaq, bəzi yollar buz bağlayacaq. Bazar günü isə qar və yağış yağacağı proqnoz edilib. Bu gün İstanbulda 9-10 dərəcə olacaq hava temperaturu bazar günü 4-5 dərəcəyədək enəcək. Ankarada isə temperatur 1 dərəcəyə düşəcək.

İstanbuldan gələn soyuq hava kütləsi ölkəmizdə də müşahidə ediləcək.

Həftəsonu Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir, gecə və axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 3-5, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Rayonlarda arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Nigar
Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net