Ana səhifə

“Facebook”dan yenilik-Xəbər lentində kimlərin paylaşımı görünəcək?

    Tarix: 12-01-2018 16:25   
“Facebook”dan yenilik-Xəbər lentində kimlərin paylaşımı görünəcək?

"Facebook” sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək.

Bunu öz "Facebook” səhifəsində sosial şəbəkənin yaradıcısı Mark Sukerberq elan edib.

"Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün bizim məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi”, — deyə məlumatda bildirilir.

O, həmçinin əlavə edib ki, əsas dəyişikliklər xəbər lentində nəzərə çarpacaq, orada daha çox dostlardan, ailə üzvlərindən və qruplardan paylaşımlar görünəcək. Sukerberq həmçinin xatırladıb ki, "Facebook” insanların bir-birinə yaxın olması üçün yaradılıb, lakin son zamanlar istifadəçilər daha çox şirkətlər, xəbər nəşrləri və bredlərin paylaşdığı tərkiblərin sosial şəbəkədən istifadəyə mane olduqlarından şikayət etməyə başlayıblar. (Report)

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net