Ana səhifə

Putinin işğal edilən ərazilərlərlə bağlı 6 İLLİK PLANI ORTAYA ÇIXDI: Kreml çalışacaq ki...

    Tarix: 12-01-2018 16:05   
Putinin işğal edilən ərazilərlərlə bağlı 6 İLLİK PLANI ORTAYA ÇIXDI: Kreml çalışacaq ki...

“2018-ci il Rusiya üçün keçid ili olacaq, buna görə də Donbasda kəskin dəyişiklikləri gözləmək lazım deyil”.
Publika.az xəbər verir ki, bunu politoloq, beynəlxalq hüquq mütəxəssisi, “Ukrayna Avropada” beynəlxalq təşkilatın vitse-prezidenti Vladimir Poselskiy “Apostrof” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Kreml münaqişəni dondurmağa çalışacaq.
“Birincisi, martda prezident seçkiləri keçiriləcək. İkincisi, yayda futbol üzrə dünya çempionatı olacaq. Rusiya maraqlıdır ki, hər şey mümkün qədər yaxşı keçsin, bu, onun üçün imic məsələsidir. Bundan başqa, onlar böyük miqdarda pul xərcləyiblər. Yəni, o vaxta qədər vəziyyət dəyişməyəcək. Həmçinin, qarşıda prezident Vladimir Putinin daha altı illik hakimiyyət dövrü var. Düşünürəm ki, Rusiyanın mövqeyi əsaslı şəkildə dəyişməyəcək”, - ekspert vurğulayıb.
Politoloq fikirlərini əsaslandırmaq üçün Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin fikirlərini xatırladıb. Karasin qeyd edib ki, Rusiya üçün yalnız Ukraynaya sərhədə nəzarət etməyə imkan verməmək deyil, həm də orada hansısa sülhməramlıların yerləşməsinə maneə olmaq əhəmiyyətlidir, çünki Rusiya Donbas sakinlərinin həyatı haqqında düşünür.
“Yəni, Rusiya dəqiq mövqe tutur və biz hamınız anlayırıq ki, söhbət Dnestryanı ərazi kimi münaqişənin dondurulmasından gedir. Vəziyyət Rusiyanın hərbi və iqtisadi planda Donbasın dəstəyinə pul xərcləməkdən imtina etməsinə qədər dəyişməyəcək”, - Poselskiy yekunlaşdırıb.
Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli separatçıların işğalı altındadır. Kiyev işğal olunmuş ərazilərdə nizami Rusiya ordusunun olduğunu bildirsə də, Moskva bu iddianı qətiyyətlə rədd edir.
Ömər Dağlı

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net