Ana səhifə

Oqtay Gülalıyev “Qafqazın qəhrəmanı 2016” sorğusunun qalibi oldu

    Tarix: 11-01-2018 08:48   
 Oqtay Gülalıyev “Qafqazın qəhrəmanı 2016” sorğusunun qalibi oldu

Azərbaycanlı fəal Oqtay Gülalıyev Rusiyanın məşhur hüquq müdafiə internet nəşri olan “Kafkazskiy Uzel” tərəfindən keçirilən “Cənubi Qafqazda öz qəhrəmanını seç” onlayn səsvermənin qalibi olub.

Səsvermədə Cənubi Qafqaz regionunun vətəndaş cəmiyyəti fəallarından hüquq müdafiə sahəsində daha çox fərqlənən 7 namizəd təmsil olunub.

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbərinin namizədliyi siyasi məhbus siyahılarının tərtib edilməsində və onların hüquqlarının müdafiəsində xidmətlərinə görə irəli sürülüb.

Onlayn səsvermə yanvarın 10-da başa çatıb. Onun yekunlarına görə Oqtay Gülalıyev siyahıda lider olub. Səsvermə iştirakçılarının 34,25%-i onu dəstəkləyib.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor (Ermənistan) ofisinin sədri Artur Sakunts 29,69% səslə ikinci olub.

Üçüncü yeri Gürcüstanın Cənubi Osetiya bölgəsindən Tamara Mearakişvili tutub.

Qeyd edək ki, Şimali və Cənubi Qafqaz üzrə səsvermə ayrı keçirilir. (Turan)
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net