Ana səhifə

NAZİR FAZİL MƏMMƏDOVUN QUDASINI MƏZUNİYYƏTƏ GÖNDƏRDİ – Müddətsiz

    Tarix: 10-01-2018 11:10   
NAZİR FAZİL MƏMMƏDOVUN QUDASINI MƏZUNİYYƏTƏ GÖNDƏRDİ – Müddətsiz
Yeni vergilər naziri Mikayıl Cabbarov müavini Namiq Əliyevi qeyri-müəyyən müddətə məzuniyyətə göndərib.

“Report”un özəl mənbələrdən əldə etdiyi məlumata görə, nazir müavininin məzuniyyəti yeni ilin ilk iş günlərindən başlayıb.

Gözləntilərə əsasən, N.Əliyev məzuniyyətdən qayıtmayacaq və onun yerinə yeni müavinin təyin olunacaq. Bu vəzifəyə artıq hazırkı təhsil nazirinin müavini Mətin Eynullayevin namizədliyinin irəli sürüldüyü bildirilir.

Qeyd edək ki, N.Əliyev 2004-cü, M.Eynullayev isə 2017-ci ildən nazir müavini kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.

Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net