Ana səhifə

Dünya ŞOKDA: “Ərəb Baharı II” 7 il əvvəlki nöqtədə BAŞLADI - FOTOLAR

    Tarix: 09-01-2018 15:44   
Dünya ŞOKDA: “Ərəb Baharı II” 7 il əvvəlki nöqtədə BAŞLADI - FOTOLAR

Yeddi il əvvəl “Ərəb Baharı”nın başladığı Tunisdə etiraz aksiyaları keçirilir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ən azı 10 şəhərdə küçələrə çıxan insanlar qiymətlərin və vergilərin artırılmasına etirazlarını bildiriblər.
Təhlükəsizlik güclərinin aksiyalara bibər qazı və təzyiqli su ilə müdaxilə etdiyi bildirilir. Qarşıdurmalarda 55 yaşındakı bir nəfər ölüb, onlarla yaralı var.
Ölkənin çətin vəziyyətdə olduğunu deyən Tunisin baş naziri Yusif Şahidin sözlərinə görə, xalq bunu anlayışla qarşılamalıdır.
Qeyd edək kii, Tunisdə 2018-ci ildə bir çox məhsullara qoyulan vergilər artırılıb.
2011-ci ilin yanvar ayında səyyar satıcı bir gəncin polis qüvvələrinin təzyiqinə görə özünü yandırması ilə başlayan “Ərəb Baharı” bütün Yaxın Şərq və Şimali Afrikanın bir çox ölkələrini əhatə edib. “Ərəb Baharı” Tunis, Liviya və Misirdə hakimiyyətlərin devrilməsi ilə nəticələndi. Proses Misirlə müqayisədə Liviya və Suriyada daha qanlı keçdi. Liviyada hazırda müxtəlif siyasi qurumlar və qruplaşmalar arasında bölünmüş vəziyyətdədir. Suriyada isə qanlı qarşıdurmalar indi də davam edir.
Ömər Dağlı

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net