Ana səhifə

ABŞ-ın YENİ İRAN PLANI:Xamenei ilə Ruhani arasında ziddiyyəti dərinləşdirmək, İnqilab Keşikçilərinə sanksiya tətbiq etmək...

    Tarix: 09-01-2018 10:54   
ABŞ-ın YENİ İRAN PLANI:Xamenei ilə Ruhani arasında ziddiyyəti dərinləşdirmək, İnqilab Keşikçilərinə sanksiya tətbiq etmək...


Sədar TURQUT

“Habertürk”ün Vaşinqton təmsilçisi



ABŞ dövlətinin İran strategiyası



Anladacağım strategiyaya prezidentin adını qoymadım, çünki bu, bir dövlət strategiyasıdır. Obamadan Trampa ötürülmüş olan və bir dövlət davamlılığı olan dərin bir planın nəticəsidir.

Məsələni bilən qaynaqlardan öyrəndiyimə görə, NSA (Milli Təhlükəsizlik Agentliyi), Pentaqonun müvafiq qurumu, CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) və ABŞ Maliyyə nazirliyinin birgə hazırladığı bu planı ilk öncə prezident Obama təsdiq edib. Həmin plan Tramp hakimiyyətinə də ötürülüb. Prezident Tramp öz gündəlik açıqlamalarında İran məsələsinə görə Obamanı tənqid etsə də, əslində, onun dövründən təhvil alınan incə planı həyata keçirir.

ABŞ dövləti İran hakimiyyəti daxilində mövcud olan ziddiyyətləri də artıracaq maliyyə kəşfiyyat strategiyası tətbiq edərsə, İranın daxilində qarışıqlıq çıxaracağını, bəlkə də, bir üsul dəyişikliyi prosesi başlada biləcəyini nəzərdə tutmuşdu.

Vaşinqtondakı qlobal terror maliyyə hərəkətlərini izləyib təqib etməyə və sanksiyalar tətbiq etməyə görə məsuliyyət daşıyan Maliyyə Tapşırığı Qüvvələri (Financial Task Force) də hazırlanan bu planın mərkəzində yer alır.

Vaşinqtonun İrana qarşı apardığı bu dərin kəşfiyyat müharibəsinin mənasını yaxşı anlamaq üçün bir “qur-poz” oyununun parçalarını yerləşdirmək kimi – maddə-maddə getmək lazımdır:

– Vaşinqtondakı məxfi əməliyyatlar keçirməyə məsul olan dövlət qurumları Obama dövründə İranın dini lideri Xameneyi ilə prezident Ruhani arasında kəşfiyyat əməliyatının məqsədi yönündə istifadə edilə biləcək ziddiyyətlərin və məqsəd fərqliliklərinin olduğunu təsbit edib.

– İranın bütün gücü dini liderin əlində toplayan “qüsurlu həlqəli” və içinə qapalı sistemində Ali dini lider və ona bağlı qurumlar uzun müddətdir İranı regionda ən güclü ölkə mövqeyinə gətirməyi və onun nəzarətində olan bir Orta Şərq yaratmağı hədəfləyiblər.

– Prezident Ruhani bu məqsədləri paylaşsa belə, o, daxili siyasətə və xalqın tələblərinə də cavab verəcək iqtisadi siyasətlər haqqında düşünməyə məcburdur.

– Vaşinqtondakı həlledici qurumlarda bu mərhələdə son dərəcə riskli bir qərar alınıb. Əgər Obama nüvə proqramına görə İrana tətbiq edilən sanksiyaların bir hissəsini yumşaldarsa, İranın əlinə keçəcək yeni maliyyə imkanlarının necə istifadə ediləcəyi məsələsində ölkə iqtidarında bir çat yaradıla bilərdi. Bu, ABŞ baxımından riskli bir qərar idi, çünki İran bu maliyyəni regionda ABŞ və İsrail maraqlarını təhdid edəcək qədər güclənmək üçün istifadə edə bilərdi. Ancaq Vaşinqtonda aparılan bir sıra qiymətləndirmələrdən sonra kəşfiyyat əməliyyatının reallaşdırılması üçün bu riskin alınması qərarlaşdırıldı.



Pullar haraya gedir?



Obama bəzi sanksiyaları yumşaldan qərarı aldıqdan sonra, gözlənildiyi kimi, İranın əlinə yeni maliyyə imkanları keçməyə başladı.

Prezident Ruhani bu yeni imkanları xalqa yönəltməyə və illər ərzində çətinliklər içində yaşayan xalqın vəziyyətini düzəltmək üçün istifadə etməyə söz verdi. Amma Ruhani bu planı qurarkən, ABŞ kəşfiyyatının təxmin etdiyi hadisə də baş vermişdi – dini liderlik ələ keçən yeni imkanları regionda İranın və ona bağlı olan şiə güclərinin daha da gücləndirilməsi üçün istifadə etməyə başladı.

İran İslam İnqilabının Keşikçiləri Korpusununun (İİİKK) büdcəsi 20% artırıldı. Qasım Süleymaninin rəhbərlik etdiyi “Qüds qüvvələri”nin əlindəki maliyyə imkanları 3-4 qat artırıldı. İraqdan Suriyanın Aralıq dənizi sahillərinədək olan hər yerdə döyüşməkdə olan bu güc üçün həm əsgər, həm də silah təchizatına böyük pullar xərcləndi. ABŞ almış olduğu riskin təsirini bu gücü İŞİD-lə mübarizə üçün də istifadə edərək, azaltdı. İran regional siyasətinin tələblərinə görə, iki il dalbadal Suriyaya 4,6 milyard dollar axıtdı.

“Hizbullah” üçün ildə 1 milyard dollar xərclənməyə başlandı.

Qəzza üçün isə, Vaşinqtonun hesabına görə, ildə 100 milyon dollar axıdılır.

Bu böyük pul və hərbi güc dəstəyilə İran, dini liderlərin hesabladığı kimi, regionda böyük güc qazandı, lakin bunun hesabını da İran xalqı ödəməyə məcbur oldu.



Vaşinqtonda şüar analizi



Vaşinqtonda İrandakı etirazların görüntü və səs analizini aparan qurumlar iqtidarın əlindəki dövlət planının nəticə verməyə başladığını gördülər. Bütün şüarlar xalqın pulların və imkanların özlərinə deyil, İran xaricində döyüşənlərə göndərilməsindən şikayətçi olduğuna və bunun cavabdehi olaraq da İran dövlətini gördüyünə işarə edir.

Etirazların bu dəfə əksəriyyətlə orta sinifdən deyil, dini həssasiyyətin daha güclü olduğu kəsimlərdən gəlməsi də Vaşinqtonda dini liderliyin xarici siyasi gücünə, İran xalqına etinasızlıq edərək, öncəlik verdiyi siyasətlərinə xalqın reaksiyasının təsirini artıran amil olaraq baxılır.



Yeni sanksiyalar



Prezident Tramp indi bu kəşfiyyat əməliyyatının təsirini artırmaq üçün yeni sanksiyalar düşünür. Bu dəfə “hədəflənmiş sanksiyalar”ın (“targeted sanctions”) tətbiqi haqqında düşünülür. İİİKK-nın hərbi güc olmaqla bərabər, İran iqtisadiyyatı daxilində çox güclü olmasını da nəzərə alan ABŞ dövləti, inşaat, enerji və nəqliyyat sahələrində güclü sərmayəsi olan İnqilab Keşikçilərinin əlindəki iqtisadi gücü daha sərt vurmağı planlaşdırır.

Vaşinqtonda hesab edirlər ki, regiondakı yeni strateji gücünü itirmək istəməyəcək olan İİİKK, yeni sanksiyalardan sonra İran daxilindəki qaynaqlarını xaricə əvvəlkindən daha çox yönəldəcək. Bu da daxildə İran xalqının narahatlığını, reaksiyasını artıracaq.

Tərcümə Strateq.az-ındırшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net