Ana səhifə

Bakı metrosunda intihar hadisəsi baş verib.

    Tarix: 08-01-2018 23:50   
Bakı metrosunda intihar hadisəsi baş verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, hadisə 22:10 radələrində "Ulduz" metro stansiyasında qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında kişi özünü "H.Aslanov" metrostansiyasından "İçəri Şəhər"ə gedən, 15 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. N.Paşayev bildirib ki, həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.

Ölən şəxsin meyiti hazırda relslərin üzərindən çıxarılıb və qatarların hərəkəti bərpa olub. N.Paşayev bildirib ki, kişinin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb.

Daha sonra özünü qatarın altına ataraq intihar edənin kimliyi müəyyənləşdirilib.
Bu, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net