Ana səhifə

Daha bir dərmanın saxta olması xəbəri yayıldı

    Tarix: 13-12-2017 13:19   
Daha bir dərmanın saxta olması xəbəri yayıldı
Kamal Heydərov adlı sosial şəbəkə istifadəçisi Bakıda uşaqlar üçün satılan dərmanla bağlı şok iddia irəli sürüb.

O, sosial şəbəkədə apteklərdə satılan və Fransa istehsalı olduğu bildirilən “Aquadok” dərmanının saxta olduğunu yazıb: “Aptekdən uşaqlara burun üçün sprey “Aqualor” alıram. Satıcı deyir “Aqualor” yoxdur, gəl “Aquadok” verim. Deyir Fransanındır bu, yaxşıdır.

Üstünə baxıram “Made in France”. Üstündə sayt da var: www.aquadok.com. Evdə baxıram dərmandan gözüm su içmir. Sayta girirəm sayt açılmır, sayt expired. GoDaddy hostinqdə search edirəm saytı, registrasiya edənin adı İlqar İskəndərli. Bu da sənə “made in France”.

Çinin hansısa kəndində dərman düzəltdirib “Aqualor”a oxşadıb, dizaynını, adını, satıcıya həkimə pul verib 10 AZN-ə satdırırlar, içində isə adi duzlu su”.azadliq.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net