Ana səhifə

Qalmaqallı məhkəmə: Edamını gözləyən milyarder və prezidentin azərbaycanlı iş adamı ilə GİZLİ SÖVDƏLƏŞMƏSİ

    Tarix: 11-12-2017 16:43   
Qalmaqallı məhkəmə: Edamını gözləyən milyarder və prezidentin azərbaycanlı iş adamı ilə GİZLİ SÖVDƏLƏŞMƏSİ

Amerikada qalmaqallı məhkəmə prosesi ilə yenidən gündəmə gələn azərbaycanlı iş adamı Rza Zərrab İranın diqqətindədir.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, İranı maraqlandıran Rza Zərrabın sanksiyalara məhəl qoymaması deyil, onun İranda həbs edilən başqa bir iş adamı Babək Zəncani ilə əlaqəsidir."Al Monoitor" yazır ki, Rza Zərrabın məhkəmədə verdiyi ifadlərin İranda geniş əks-səda doğurmasının əsas səbəbi onun milyarder iş adamı Babək Zənacani ilə münasibətləridir.

Hazırda həbsdə olan Babək Zəncaninin adı Rza Zərrabla bir yerdə çəkilib. 2015-ci ildə sanksiyalara məruz qalan İranın bu sanksiyalardan qurtulması üçün fəaliyyətə başlayan Zərrabla işbirliyi edən Babək Zəncani qısa müddətdə böyük pullar qazanıb.

Hətta bəzi məlumatlara görə, varidatı 13,5 milyard dollara çatıb və dünyanın 65-ci varlı adamı olub. Ancaq İran Neft Nazirliyi neft ixracatından onlara çatacaq vəsaiti vermədiyini iddia edib və Zəncani həbs edilərək barəsində edam hökmü çıxarılıb. Daha sonra Zəncaninin hökmünün dəyişdirilməsi mümkünlüyü bildirilib və bunun üçün onun sərvətindən vaz keçməli olduğu önə sürülüb.

Zəncanin ilə bağlı vəziyyəti araşdırmaq üçün yaradılan parlament komissiyasının üzvü, keçmiş millət vəkili Əmir Abbas Sultani Rza Zərrabın bu olaylardaki roluna işarə edərək onu "qara qutu" kimi təqdim edir.

Bəzi məlumatlara görə, Zərrab Amerikada məhkəməyə ifadəsində 2005-2013-cü illərdə prezident olmuş Mahmud Əhmədinejatla əlaqələrindən danışıb. Eyni zamanda İran Mərkəz Bankının rəhbərilə keçirdiyi görüşü xatırladıb.

"Zərrabın Əhmədinejatla münasibətlərinin, görüşünün təfərrüatları barədə xəbərsizəm. Amma Zərrab əvvəlki hökumətin maliyyə nümayəndələri ilə görüşlər keçirib. Bu inkar edilə bilməz. Nələri müzakirə etdiklərini bilmirəm, amma Zərrab Mərkəzi Bank rəhbəri və iqtisadiyyat naziri ilə də, Əhmədinejatla da görüşüb. Zərrab Babək Zəncaninin "qara qutusu"dur. Zəncaninin planlarını da icra edən o olub", -deyə Sultani bildirib.

Cebhe.info xatırladır ki, İranda 2015-ci ildə keçirilən məhkəməsində prokuror Zəncaniyə demişdi:"Zərrabın "Safit Altun" şirkətinə aid bir hesaba 445 milyon pul keçirdiniz və Zərrab xidməti qarşılığında 12 milyon avro aldı".

Zəncani isə bu ittihama belə cavab verib: "Mərkəz Bankının pulu Parsian və Sərmayə banklarında idi. Bu bankların pulunun Türkiyədəki Halkbank-da saxlaması lazım idi. Türk bankının aldığı xidmət haqqı kəsilmişdi. Əslində Zərrab həç bir xidət haqqı almadı. Pul onun hesabına köçürüləndə, 12 milyon avro bank xidmət haqqı kimi kəsilmişdi".

Xəzər
Cebhe.infoшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net