Ana səhifə

Hacı Məmmədovun bacısı: "Neyləyirsiz axı Hacının qəbirinin yerini?"

    Tarix: 11-12-2017 14:47   
Hacı Məmmədovun bacısı: "Neyləyirsiz axı Hacının qəbirinin yerini?"
Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dəfn edilsə də, ailə üzvləri qəbir yerinin gizlin saxlanılmasına qərar verib.

Musavat.com xəbər verir ki, modern.az qəbir yerinin hansı səbəbdən gizlin saxlanmasına aydınlıq gətirməsi üçün mərhumun bacısı Arifə Məmmədova ilə əlaqə saxlayıb.

A.Məmmədova qardaşının qəbirinin heç kimə lazım olmadığını deyib. O, üzünü Hacı Məmmədovun məzarını axtarmaqla məşğul olan, bu haqda sosial şəbəkələrdə rəy yazan, məsələni lağlağı obyektinə çevirən jurnalistlərə tutaraq, onları qınayıb: "Neyləyirsiz axı Hacının qəbirinin yerini? Tapıb nə edəcəksiniz?"

A.Məmmədova "bəlkə kimsə qəbiri ziyarətə gedəcək, niyə gizlədirsiniz" sualına cavab olaraq, bunun inandırıcı olmadığını bildirib: "Kimdir onun qəbirini ziyarətə gedən? Kim cürət edib gedəcək ki? Əl çəkin, günlərdir telefonlarım susmur, özüm açmıram. Qəbirin yerini açıqlamaq istəmirəm, ona görə də telefonlara cavab vermirəm".

H.Məmmədovun bacısı "qəbirin dağıdılmasındanmı narahatsız" sualına "bəli, narahatam, ona görə də açıqlamıram. Siz də daha soruşmayın. Onsuz da bilənlər bilir", - deyərək telefonu qapadıb.

Qeyd edək ki, dekabrın 3-də H.Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib.

H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.hшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net