Ana səhifə

Lavrov Qarabağ münaqişəsindən danışdı: "...təsdiqlədik"

    Tarix: 08-12-2017 17:16   
Lavrov Qarabağ münaqişəsindən danışdı: "...təsdiqlədik"

"Qəbul etdiyimiz bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsipləri təsdiqlədik".

Cebhe.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bəyanat digər həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə qəbul edilib: “Kollektiv yanaşma tərəflərin qəbul etdiyi, amma praktik addımlara yönləndirilməmiş nizamlama prinsiplərini əks etdirir. Bu sadə iş deyil, amma biz bununla məşğul olmağı davam etdiririk”.

Nazir onu da vurğulayıb ki, hər bir münaqişədə hazırda prioritetin nələr olduğunu başa düşmək lazımdır: “Eyni zamanda ümumi yanaşmaları müəyyən etmək lazımdır. Bunların arasında ilk növvbəd münaqişə tərəfləri arasında birbaşa dialoq yer alır ki, bu da Dağlıq Qarabağ münaqişəsinin həllində mövcuddur. Amma təəssüf ki, bu hələlik ciddi irəliləyilş göstərmir. Amma bu il dialoqun prezidentlər və XİN rəhbərləri səviyyəsində baş tutması, fikrimizcə, müsbət haldır”.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan dekabrın 7-də birgə bəyanat yayıblar.

Bəyanatda deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq edir.

Cebhe.infoшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net