Ana səhifə

“Nar” cari ilin nəticələrini açıqladı

    Tarix: 07-12-2017 11:41   

“Nar” cari ilin nəticələrini açıqladı




BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi çərçivəsində mətbuatla görüş təşkil edən “Nar” media nümayəndələrini mobil operatorun ən son nailiyyətləri ilə tanış edib.
Milli.Az xəbər verir ki, çoxsaylı jurnalistlərin iştirakı ilə keçirilən təqdimatda “Nar” şəbəkəsinin, işğaldan azad edilmiş bölgələr də daxil olmaqla, ölkə ərazisinin 93%-ni əhatə etdiyi, 2017-ci ildə ilk dəfə olaraq bölgələrdə – Gəncə şəhərində də istifadəyə verilmiş yeni 4G (LTE) baza stansiyaları ilə birlikdə 400-dən çox LTE stansiyasının quraşdırıldığı və “Nar” LTE baza stansiyalarının ümumi sayının artıq 1000-ə çatdığı, cari ildə 300-dən çox yeni 3G baza stansiyasının istismara verildiyi, 3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətlərinin müasir tələblərə cavab verən IP (Internet Protocol) texnologiyalı xətlərlə əvəz edildiyi və “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) üzrə 66% artımın müşahidə edildiyi barədə geniş məlumat verilib.
Görüş zamanı səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidməti təqdim edilib. Bu texnologiya səsin maksimal dərəcədə təmiz ötürülməsini təmin edir, mobil telefonla danışan şəxsdə üzbəüz ünsiyyət təəssüratı yaradır və kənar səslərin təsirini minimuma endirir.
Qeyd edilib ki, mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar”-ın zəng xidmətləri üzrə ölkədə ən yüksək nəticə göstərmiş rabitə operatoru olduğu müəyyən edilib.
“Təqdim etdiyimiz sərfəli məhsullar və şəbəkə infrastrukturuna yatırdığımız irihəcmli sərmayə sayəsində, bu il şəbəkənin müstəqil sınaqlarının nəticələrinə əsasən, “Nar” mobil zəng xidmətləri üzrə ölkədə ən yüksək göstəriciyə nail oldu. Şəbəkədə data trafikinin həcmi 58%, internet məmnuniyyəti üzrə istehlakçı loyallığı indeksi isə iki dəfə artaraq bu günə qədər olan ən yüksək həddə çatdı”, – deyə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke mobil operatorun əsas uğurları barədə danışarkən qeyd edib.
Təqdimat zamanı ölkədə mobil rabitə, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini vahid platforma üzərindən təklif etmiş ilk mobil operator olan “Nar”-ın “Qutu” məhsulu haqqında da məlumat verildi. Bu məhsuldan yararlanan abunəçilər rabitə xərclərinə qənaət edir, ödəniş üçün əlavə vaxt itirmədən müxtəlif xidmətlərdən yararlanırlar.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net