Ana səhifə

Qüdsdən sonra sıra Məkkə və Mədinədədir – Şok iddia

    Tarix: 06-12-2017 21:41   
Qüdsdən sonra sıra Məkkə və Mədinədədir – Şok iddia

Yeni Şəfəq” qəzetinin baş direktoru İbrahim Qaragül son günlərin siyasi müzakirə mövzusu olan İsrailin paytaxtının Qüdsə köçürülmə planları ilə bağlı diqqətçəkən açıqlama verib.

Axar.az xəbər verir ki, Qaragül Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Misirin Qüds məsələsində ABŞ və İsraillə razılığa gəldiyini iddia edib:

“Belə bir razılıq olmasaydı, ABŞ və İsrail bu cür rahat hərəkət edə bilməzdi. İslam dünyası tarixi sınaqla qarşı-qarşıyadır. Qüds alındıqdan sonra, sıra Məkkə və Mədinəyə gələcək”.

Qeyd edək ki, Trampın bu gün Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı və ABŞ səfirliyini bura köçürəcəyi gözlənilir. Trampın qərarı artıq bir sıra müsəlman ölkələrində narazılıq yaradıb. ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi haqqında qərarı 1985-ci ildə versə də, indiyə qədər bu qərarın icrasına ölkə prezidentləri tərəfindən veto qoyulub

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net