Ana səhifə

Fazil Məmmədov danışdı

    Tarix: 06-12-2017 16:47   
Fazil Məmmədov danışdı

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

BakuPost.az xəbər verir ki, dövlət başçısının müvafiq qərarından sonra bir sıra KİV-də, sosial şəbəkələrdə vergilər nazirinin vəzifəsindən azad olunması ilə bağlı çoxlu müzakirələr aparılıb. Onun işdən azad olunması ilə bağlı çoxsaylı fikirlər səsləndirilib.

"Bizimyol.info” saytı müzakirə olunan məsələlər haqda ötən gün vəzifəsindən azad olunan Fazil Məmmədova zəng edib. Eks nazir sayta açıqlamasında Prezidentin qərarının müzakirəedilməz olduğunu bildirib.

"Cənab prezident sərəncam verərək məni işdən azad edib. Bu barədə səlahiyyətlər prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə bir az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm.”
0

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net