Ana səhifə

Bu gün müsəlman dünyasında daşlar yerindən oynayacaq

    Tarix: 06-12-2017 09:54   
Bu gün müsəlman dünyasında daşlar yerindən oynayacaq

ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair qərarını bu gün rəsmən açıqlayacaq.
Publika.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətindən yayılan məlumata əsasən, Donald Tramp 6 dekabr tarixində Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıdığına dair bəyanat verəcək.
Trampın müvafiq bəyanatı bu gün Bakı vaxtı ilə saat 22.00-da səsləndirəcəyi bildirilir.
Xatırladaq ki, Tramp daha əvvəl dekabr ayının 5-də rəsmi qərarı elan edəcəyini bildirmişdi. Bundan əlavə o, İsraillə Fələstin arasında ən ciddi mübahisələrdən biri Qüdslə bağlıdır. Hər iki ölkə bu şəhəri müqəddəs sayır və paytaxtı hesab edir. ABŞ-ın Qüdsü tanıması Yaxın Şərqdəki vəziyyəti dəyişdirəcək.
Qeyd edək ki, ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər, Aİ isə D.Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Könül Cəfərli

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net