Ana səhifə

“Nar” BakuTel sərgisində ən son məhsullarını təqdim edəcək

    Tarix: 04-12-2017 21:54   
 “Nar” BakuTel sərgisində ən son məhsullarını təqdim edəcək
“Nar” BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları”
sərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də sərgidə özünün ən son
yeniliklərini təqdim etməyi planlaşdırır.
Dörd gün ərzində davam edəcək sərgi müddətində “Nar” səs keyfiyyətinin nəzərəçarpacaq
dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice)
xidmətini, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet, IPTV və mobil rabitə
xidmətlərini vahid ödənişlə təklif edən “Qutu” məhsulunu, ölkədaxili danışıq dəqiqələri ilə bol
internetin daxil olduğu yeni “Full” paketlərini, xaricdə alış-veriş edərkən əlavə dəyər vergisinin
(ƏDV) geri qaytarılması prosesini sadələşdirən “Nar TaxFree” mobil tətbiqini və digər
nailiyyətlərini sərgi iştirakçılarına təqdim edəcək.
Sərgi iştirakçıları LTE-A (LTE-Advanced) innovativ texnologiyasının test sınamasında iştirak
edərək, “Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını da bilavasitə
sınaqdan keçirə biləcəklər.
Sərgi günlərində “Nar” stendində texnoloji yeniliklərlə yanaşı, əyləncəli yarışmalar da
keçiriləcəkdir. Məsələn, “İrşad Electronics” mağazalar şəbəkəsi ilə birgə təşkil ediləcək
müsabiqə çərçivəsində “Nar” stendinin qonaqları dəyərli smartfon qazanmaq şansına sahib
olacaqlar. Qeyd edək ki, müsabiqə bütün sərgi günlərində təşkil ediləcək və hər bir günün
qalibi smartfona sahib olacaq.
“Nar” hər kəsi 5-8 dekabr 2017-ci il tarixləri arasında Bakı Ekspo Mərkəzində keçiriləcək
BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları”
sərgisindəki “Nar” stendinə dəvət edir.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə
keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə
edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net