Ana səhifə

Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya açıq məktub

    Tarix: 04-12-2017 11:45   
Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya açıq məktub

Hörmətli Mehriban xanım,
son onilliklər ərzində Azərbaycanın Dünya miqyasında idman ölkəsi kimi tanınması
qürur hissi doğurur. Respublikamız güclü idmançıların Vətəni, beynəlxalq yarışların gözəl
təşkilatçısı kimi ad qazanmışdır. Lakin İdman aləmində daha bir uca zirvə vardır ki, onun fəthinə
son dərəcə az sayda, necə deyərlər, barmaqla sayıla bilinəcək qədər ölkə müvəffəq olmuşdur. Bu
– İdman aləminə idman intellektual masaüstü oyun dəsti və oyunu verilməsidir. Məhz idman
oyunu – elə oyun ki, Olimpiya oyunları, Dünya, qitə və ölkə çempionatları, eləcə də müxtəlif
miqyaslı turnirlər keçirilməsinə yararlı olsun.
Xoşbəxtlikdən Azərbaycanda da belə oyun dəstləri və oyunlar ixtira edilmiş, onların
yeniliyini təsdiqləyən patentlər ( 2000 – 2013-cü illərdə ) alınmışdır. Onilliklər ərzində məhz idman
masaüstü oyunların yeni növlərinin yaradılması sahəsində aparılmış tədqiqatların bəhrəsi kimi
ortaya çıxmış olan bu intellekt tutumlu işlərin nəticəsində Azərbaycan da İdman aləminə
masaüstü oyun dəsti və oyun vermiş azsaylı ölkələrdən birinə çevrilmişdir, lakin ”de-yure”. Həmin
oyunların hər biri üzrə şəhər, ölkə, qitə və Dünya çempionatları, habelə yerli və beynəlxalq
miqyaslı turnirlər keçirilə bilər. Çempionatlar və turnirlər keçirilən masaüstü intellektual idman
oyunlarının heç də böyük olmayan siyahısını Azərbaycan oyunları ilə zənginləşdirə bilərik. Azyaşlı
uşaqlar və zəıf intellektli adamlar arasında yarışlar keçirməyə imkan yaradan oyunlarımızla isə
idman aləmində yeni səhifə açmış olarıq.


2
Oyunlar müxtəlif səpkilidir. Analoqu olmayanı da, analoqundan yuksək göstəricilərə
malik olanı da, yeni təyinatlısı da vardır. İlk dəfə olaraq azyaşlı uşaqlar və zəif intellektli
adamlar üçün intellektual masaüstü idman oyunları yaradılmışdır. Məhz idman oyunları –
çempionat və
turnirlərin keçirilməsinin mümkün olduğu oyunlar. Belə yeniliklərin Vətəni Azərbaycandır. Artıq
3-dək və 4-dək saymağı bacaran azyaşlılar və zəif intellektlilər arasında müxtəlif miqyaslı
çempionatlar və turnirlərın keçirilməsini reallaşdırmaq mümkün olacaqdır. Oyun dəstləri və oyunlar
ölkədə və xaricdə uşaqlara, valideynlərə və idmançılara göstərilmişdir. Rəylər müsbətdir, lakin
təəssüf doğuran məqamlar vardır. Oyun dəstlərinin harada alına bilinəcəyi və yarışların nə vaxt
keçiriləcəyi sualları hələlik cavabsız qalır.
5 000 illik nərd tarixində yeganə nərd dəsti (bəzən nərdtaxta da adlandırılır) və 100-dən
artıq nərd oyunu yaradılsa da ilk dəfə məhz Azərbaycanda yeni nərd dəstləri və prinsipcə fərqli
qaydalarla oyunlar ixtira edilmişdir. Yeni nərd dəstləri və fərqli oyunların ixtirasına görə ilk dəfə
olaraq Azərbaycanda patent alınmışdır. A). Normal intellektli adamlar üçün nərd və oyunlar.
Zərlər 8 üzlü, xanalar 32(=8x4) və daşlar 40(=20+20) ədəd. Dünya çempionatı və beynəxalq
turnirlərin keçirildiyi “backgammon” və “longgammon” oyunları seriyasından olan “Azəri
backgammon” və “ Azəri longgammon” oyunları fərqli qaydalarla yaradılmışdır. Yeni oyunlarda
hücumda oynamağı xoşlayan oyunçu daha güçlü hücuma keçə bilər, müdafiə olunmaq
məcburiyyətində qalan isə daha etibarlı qorunmağı bacarar. Nəticədə oyunlarımız klassik oyunlara
nisbətən daha maraqlı və cazibədar alınar. B). 4-dək saya bilən azyaşlı uşaqlar və zəif intellektli
adamlar üçün də nərd və oyunlar ixtira edilmişdir. Zərlər 4 üzlü, xanalar 16(=4x4) və daşlar
20(=10+10) ədəd. “ Mibakaz” (“Mini backgammon azəri) və “Mibak”(“Mini backgammon ”) ,
eləcə də ”Milongaz” (“Mini longgammon azəri”) və “Milong” (“Mini longgammon ”) oyunları
hazırlanmışdır. Belə kateqoriyalara aid edilən şəxslər də çempion adı uğrunda yarışlarda İlk dəfə
olaraq iştirak edə biləcəklər. Yeni nərdlər və oyunlar Worldwine Backgammon Federation-un
təmsilçilərinə, eləcə də müxtəlif ölkələrdən olan tanınmış idman nərdi ustalarına nümayiş
etdirilmişdir. Nərdlərlə və oyunlarla əlaqədar suallara cavablar verilir. Rəylər müsbətdir. Belə
yeniliklərin Vətənində bu növlər üzrə yarışların niyə keçirilməməsi sualı ortaya qoyulur. Bu oyun
dəstləri və oyunların ayrı-ayrılıqda hər birinin ixtirası, çempionatının keçirilməsi istənilən idman
ölkəsi üçün çox gözəl imic olardı. Respublikamıza isə onların bir neçəsi nəsib olmuşdur.
Bu ixtiralar haqqında rəsmi qəzetlərimiz yazmış, Dövlət və müstəqil telekanallarımız
göstərmişlər. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin keçirdiyi “Azərbaycanda
bədən tərbiyəsi və idmanın inkişaf perspektivləri” elmi-praktik konfransında (2008-ci il), eləcə də
“Avropa Ədalətli Oyunlar Hərəkatının 15-ci konfransı”nda (2009-cu il) məruzələr edilmişdir. Sahə
nazirləri, onların müavinlərı, deputatlar, Azərbaycan Respublikası Prezident Administrasiyasının
əməkdaşları, idmanın inkişafına rəhbərlik edən digər şəxslərlə görüşməyə, məktub göndərməyə
və onları məlumatlandırmağa cəhdlər göstərilmişdir. Bəziləri ilə şəxsən görüşlər, kimlərləsə telefon

3
söhbətləri baş tutmuşdur. Görüş təyin etdikləri halda görüşə gəlməyənlər də olmuşdur. Nəticəsi
belədir: – illər ərzində bu istiqamətdə irəliləyiş baş verməmişdir.
Bu yeniliklər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını
da məlumatlandırmağa çalışmışam. Məktub , elekton məktub, açıq məktub ünvanlamışam. Lakin
görünür ki, Cənab Prezidentə bu məlimatı çatdırmalı olan məmurlar çatdırmağı sadəcə unudublar.
Beləliklə də, onlar bilərəkdənmi və ya bilməyərəkdənmi Azərbaycanın İdman aləminə masaüstü
oyunlar vermiş “de-fakto” ölkə olmasının qarşısını almışlar. Təbii ki, onların belə münasibəti təəssüf
hissi doğurur. Eyni zamanda bildirmək yerinə düşər ki, yeni oyunların oyunçulara, ictimaiyyətə
çatdırılmasının qarşısının alınacağı inandırıcı görünməyir. Respublika KİV də, Türkiyə telekanalları
da, MDB-nin “MИР” telekanalı da oyunlar haqqında məlumat yaymışlar. Beynəlxalq nərd
yarışlarnda nümayış olunmuşdur. Xarıcı ölkələrdə bu oyunlara maraq var. Həmin ölkələr istehsal
etmək və yarışlar keçirməklə öz adlarını İdman aləminə oyun vermiş “de-fakto” ölkələr siyahısına
salmış və gəliri özlərinə götürmüş ola bilər.
İdmanın inkişafına rəhbərlik edən şəxslər tərəfindən kifayət dərəcədə vətənpərvərlik,
Azərbaycana yeni imic qazandırmaq məqsədi nümayiş etdirmiş ola biləcəyı təqdirdə yaranmış real
şəraitdən geniş faydalana bilinər. Yeri gəlmişkən, müvafiq Macarıstan hadisələrini xatırlayaq.
Macar riyaziyyatçı alimi Ernö Rubikin ilk dəfə dərs vəsaiti kimi düşündüyü və onun köməyilə
tələbələrə riyazi nəzəriyyənin əsaslarını başa salmağa çalışmaq istədiyi kubiki macarlar Dünya
miqyaslı oyuna – “Kubik Rubik” səviyyəsinə qaldırdılar. Onlar “Kubik Rubik”in istehsalına və bu
oyun üzrə turnir, çempionat keçirilməsinə də nail oldular. İxtirasına patent alınmış “Kubik Rubik”
oyunu əslində öz məzmunu etibarı ilə heç də idman intellektual oyunu deyil, sadəcə intellektual
əyləncədir. Buna baxmayaraq vətənpərvər macarlar əyləncəni idman oyunu səviyyəsində Dünyaya
təqdim etdilər. Kubiki istehsal edərək ölkədə və xaricdə satışından, xaricə patentləşməsindən o
zaman üçün nəhəng gəlir götürüldü. Ölkələr və qitələr, eləcə də Dünya çempionatı və müxtəlif
miqyaslı turnirlər keçirildi. Vətənləri Macarıstanı İdman aləminə oyun vermiş ölkə kimi Dünyada
tanıtdılardı. İxtiraçı alimi təltif etdikləri mükafatlarla, göstərdikləri diqqətlə sanki milli qəhrəman
səviyyəsinə qaldırmış, Dünyaya dərin zəka sahibli həmvətənlisi kimi tanıtmış oldular.
Bəs Azərbaycanda azərbaycanlı alimin yaratmış olduğu məhz idman oyunları dəstlərinin
istehsalı, oyunlar üzrə yarışlar keçirilməsi istiqamətlərində illər ərzində niyə təşəbbüs, fəaliyyət
göstərilməyir? Niyə oyunlardan Vətən üçün maddi və mənəvi kapital götürülməsi istiqamətində iş
görmək əvəzinə özlərini sanki Azərbaycandakı belə ixtiralardan xəbərsiz kimi aparırlar?
Ötən illərin təəssüfləndirici nəticəsinə baxmayaraq ixtiraçı-müəllif olaraq uzun ullər
ərzindəki zəhmətimin nəticəsinin hələ də məhz Azərbaycanda çiçəklər açmasının – istehsal
edilməsinin və yarışlar keçirilməsinin tərəfdarı olaraq qalmaqdayam. Məhz bu səbəbdən Sizə
“Açıq məktub” yazmağa ehtiyac duydum. Azərbaycan İdman aləminə masaüstü oyunlar vermiş
barmaqla sayıla bilinəcək qədər azsaylı de-fakto ölkələrdən biri olmağa layiqdir. Azərbaycan yeni
oyunlar üzrə şəhər, respublika, qitə və Dünya çempionatları keçirəcək ilk ölkə olmağa layiqdir və
real surətdə ola bilər.

4
Masaüstü idman oyunları istiqamətində tədqiqat işlərini davam etdirmək, yenilərini
yaratmaq mümkündür. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Bakı Bədən
Tərbiyəsi və Turizm Kollecinin işi təkcə idmançılar və idman müəllimləri hazırlamaqdan ibarət
olmamalıdır. Akademiya və Kollecdə yeni kafedra və laboratoriyalar təşkil etmək, digər oyunlar
yaratmaq istiqamətində elmi-tədqiqat işləri aparmaq, yeni oyunlar üzrə idmançılar və məşqçilər
hazırlamaq sahəsində işlər reallaşdırıla bilinər. Həmin işlər Azərbaycanın müasir dövrdə idman
oyunlarının yaradıldığı mərkəzə çevrilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda ön cərgədə
olmalarına zəmin yaradar. Xüsusi hazırlanmış uşaq oyunları uşaq baxçalarının yuxarı qruplarında,
məktəbəqədər hazırlıq qruplarında , məktəblərin ibtidaı siniflərində öyrədilər. Belə hazırlıqlar
onların intellektual inkişafına, ümumi səviyyəsinə, beynəlxalq yarışlarda yüksək yerlər tutmalarına
kömək olar.
Etiraf edirəm ki, Cənab Prezidentin bu yeniliklərlə məlumatlanacağı təqdirdə
irəliləyişlərə nail olacağımıza məndə əminlik vardır. Televiziya ilə izlədiym məqamı yaxşı
xatırlayıram. İlham Əliyev cənabları ilk dəfə Respublika Prezidentliyinə seçkilərdə iştirak edərkən
çıxışlarının birində söyləmişdi ki, Prezident seçiləcəyi halda həm də Milli Olimpiya Komitəsinə
başçılığı davam etdirəcək, ölkədə idmanın bütün növlərinin inkişafına bundan sonra da dəstək
verəcək və yaxşı olardı ki, bizdə də yeni oyun yaradılaydı, Azərbayçan da İdman aləminə oyun
vermiş ölkəyə çevriləydi. Mən də onilliklər ərzində bu gözəl arzu ilə yaşayır və fəaliyyət
göstərirəm. Bu arzunun həyata keçirilməsi uğrunda illər ərzində tədqiqatlar apardığımdan və
səlahiyyətli şəxslərlə görüşlərə can atdığımdan, başqa sözlə istəklərimiz, maraqlarımız üst-üstə
düşdüyündən Cənab Prezidentə poçtla və elektron poçtla məktublar ünvanlamışam. Lakin
Cənab Prezidentə onlar haqqında məlumat verilməsinin unudulduğuna əminəm. Məhz bu
səbəbdən Cənab Prezidentə “Açıq məktub” yazmalı olmuşam. Yenə də məktubumun
çatdırılmadığı fikrindəyəm.
Hörmətli Mehriban xanım, əminəm ki, Sizə ünvanlanmış bu “Açıq məktub” haqqında
məlumatlanacağınız təqdirdə bizim oyunlar üzrə ilk dəfə məhz Azərbaycanda yarışlar təşkil
ediləcəkdir.
Azərbaycanı gözləyən gözəlliklərə qısaca nəzər salaq. Bir oyunumuz üzrə yarış keçiriləcəyi
təqdirdə İdman aləminə masaüstü oyun vermiş ölkələr sırasına Azərbaycan da de-fakto daxil
ediləcəkdir, Misir (dama), Hindistan (şahmat), İran (nərd), Çin (domino) kimi. İki oyunumuz üzrə
yarış keçirilməsinə nail olacağımız halda idman şəhərinə çevrilmiş gözəl Bakımız Ginnesin
Rekordlar Kitabına (GRK) “İdman aləminə daha çox masaüstü oyun vermiş şəhər” nominasiyası
üzrə düşə bilər. Azyaşlı uşaqlar və zəif intellektli adamlar üçün oyunlarımız üzrə yarış təşkil
edəriksə eyni adlı nominasiyalar üzrə də GRK-ya düşmək imkanımız realdır. Xüsusi olaraq
bildirmək istəyirəm ki, idman tarixində belə şərəf heç bir xalqa, ölkəyə, şəhərə nəsib olmamışdır.
Xatırlatmaq yerinə düşər ki, əgər hər hansı güclü idmançımız – Olimpiya oyunları, Dünya və
Avropa birincilikləri üzrə qalibimiz qürürverici çempionluq titulunu Azərbaycana bir və ya bir neçə
il müddətinə gətirə bilirsə bizim oyunlarımız isə Azərbaycana masaüstü oyunların Vətəni adını

5
əbədi olaraq gətirəcəkdir. Bütün bunlardan sonra isə yeni oyunların Vətəninə – Azərbaycana
Dünyanın hər tərəfindən gəlmək istəyən turistlərin sayı da təbii ki, qat-qat artacaqdır.
Oyun dəstlərinin istehsalı sadə, materiallar yerli, asan tapilan və ucuzdur. Məsələn,
Sumqayıt Kimya Sənaye Parkının müəssisəsi olan Polimer Materiallar Zavodunda yeni idman
oyunları dəstlərinin istehsalı çox asanlıqla mümkündür. Oyun dəstləri eyni zamanda digər
materiallardan da hazırlana bilər. Respublikamızın müxtəlif bölgələrindəki mahir ustalarımızın
həmin dəstlərin suvenir varintlarını nəfis şəkildə əl işləri kimi yaratması da yaxşı nəticələr verər.
Onları kompüter oyunları kimi də hazırlamaq olar. Yeni istehsal sahəsi, iş yerləri açılar, məşğulluq
artar. Gözəl dizaynla və Avropa standartlarına uyğun buraxılacaq məhsullar, eləcə də suvenirlər
həm də turistlərin apara biləcəkləri xatirə əşyalarının çeşidini artırar. “Made in Azerbaijan” nişanlı
məzmunca yeni və maraqlı brend məhsul əllərdə gəzər, taxçaları bəzər.
Hörmətli Mehriban xanım, Azərbaycan oyunlarının həyata praktiki vəsiqə alması,
idmansevərlərə yeni oyunların bəxş edilməsi, xalqımıza qürur hissi gətirəcək problemin həlli ilə
əlaqədar müəllif olaraq məndə müvafiq tədbirlərin həyata keçirilməsi üçün sağlam düşüncənin
varlığına, vətənpərvər vətəndaşların fəaliyyət göstərmək istəyinə daxilən tam əminlik vardır. Odur
ki, yeni oyunlarla əlaqədar müvafiq tədbirlər görülməsi məqsədilə göstəriş verməyinizi xahiş
edirəm.
Hörmətlə, Rəsul Əhmədov.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net