Ana səhifə

Amerikanın “islam Vatikanı” layihəsi:islam dünyasını “parçala, hökm sür” prinsipiylə yenidən tərtibləmək planı – Təhlil

    Tarix: 18-11-2017 11:34   
Amerikanın “islam Vatikanı” layihəsi:islam dünyasını “parçala, hökm sür” prinsipiylə yenidən tərtibləmək planı – Təhlil


ABŞ dövlət katibi Reks Tillerson Səudiyyə kralı Salmanla görüş zamanı



Mehmed Seyfeddin Erol

Milli Gazete (Türkiyə), 17.11.2017


Səudiyyə Ərəbistanı gündəmdən düşmür. Hər şeyə əsasən, Yaxın Şərqdə onu daha “fəalcasına” yeni oyuna çəkmək cəhdləri və bununla bağlı daxili və xarici siyasətdə baş verən fövqəladə hadisələr ən yaxın zamanda sürəcək. Bütün tərəflərdən qavrayışın biçimlənməsi üzrə əməliyyatlar buna işarə edir.

Bizə hələ dünən “mötədil islam” adıyla zorla uddurmağa cəhd etdikləri “Amerika” və “Almaniya” kimi törəmə islamın sırınması üzrə iş indi daha uzağa gedir. Aşkardır ki, nəzarət edilən xilafət sistemini islam dünyasının başına qoymaq istəyirlər. Aydın olur ki, sünni-şiə münaqişəsini qızışdırmaq və vəhhabi/sələfi cərəyanları vasitəsilə sünni dünyasını bölmək səyləri arzulanan nəticəni verməyəndə islam dünyasında hakimiyyət boşluğunu növbəti dəfə gündəmə gətirməyə və bununla bağlı gedən rəqabət/hakimiyyət uğrunda mübarizə nəzərdə tutulmuş ən köhnə layihə fəallaşdırılıb. Aşağıda üzərində bir qədər ayrıntılı duracağımız plan vasitəsilə islam dünyasını “parçala, hökm sür, vuruşdur” prinsipi üzrə yenidən tərtibləmək istəyirlər.

Halbuki bir tərəfdən böyüyən islamın geopolitik önəmi sarıdılır, digər tərəfdən islam dünyasında liderlik probleminə son qoymağı nəzərdə tutan xəlifəlik hakimiyyətini nüfuzdan salmağa və nəzarət altında yaradılmış instansiya və ya “islam Vatikanı” vasitəsilə müsəlmanları pərdə arxasından idarə etməyə təşəbbüs göstərilir. Hətta islamı həqiqi yolundan çıxartmaq və “təhrif edilmiş dinlər” kateqoriyasına pərçimləmək istəyirlər. Burada əsas motivləşməni müsəlmanların öz içinə çəkildiyi və öz problemlərinə qapandığı durum biçimləyir. Tarixin istənilən dövründəki kimi bu prosesdə yenidən bəzi “dini xadimlər” və “müqəddəs yerlərdən öz rolları olan imamlar” meydana çıxır. Əlbəttə, yalanla həqiqətin bu çirkin və qanlı savaşında bütün müsəlmanlardan şübhələnmək olmaz və düzgün deyil! Taxılı dəlicə buğdadan ayırmaq gərəkdir. Bu Səudiyyə Ərəbistanında və başqa ölkələrdə baş verən dəyişiklik-tranformasiyalara, meydana çıxan gümanlara, həmçinin özünü islam dünyasının “ruporu” sayanlara nisbətdə də ədalətlidir.



Hansı Səudiyyə Ərəbistanı?



Bu isə bizi qarşımızda bu baxımdan “Böyük Yaxın Şərq”in (BYŞ) son ünvanı kimi çıxış edən Səudiyyə Ərəbistanı ətrafındakı oyuna növbəti dəfə aid edəcək. Oynanılan oyunun və gerçəkləşdirilən planın məğzi sıradakından ibarətdir: bir tərəfdən, nəzarətdən çıxmağa başlayan Səudiyyə Ərəbistanının özünün daxilində münaqişə qızışdırmaq, digər tərəfdən, onu İranla müharibəyə cəlb edərək Yaxın Şərqdəki çirkin müharibənin birbaşa iştirakçısına çevirmək və BYŞ xəritəsinə uyğun olaraq yenidən tərtibləmək.

Bu yenidən tərtiblənmə ilə baqğlı xəritə isə ABŞ SQ-nin istefadakı podpolkovniki Ralf Petersin “Armed Forces” dərgisində dərc edilmiş, adı türk dilinə “Qanlı sərhədlər” kimi tərcümə edilmiş məqaləsində göstərilir. Onu “neokon xəritəsi” də (neokon: yeni mühafizəkarlar-tərc.) saymaq olar. Səudiyyə Ərəbistanı bu xəritədə dörd yerə bölünüb. Burada “mötədil islam layihəsi”nə uyğun olaraq Məkkə və Mədinə mərkəz olmaqla yaradılan “islam Vatikanı”na özəl diqqət vermək istəyərdik. Başqa hissələr isə Sayks-Piko layihəsinin vəd etdiyi kimi ayrıca təhlükəsizlik zonaları kimi çıxış edir… Lakin bu planlar və ya ən azı, “islam Vatikanı” layihəsi həyata keçə bilərmi? Əlbəttə, yox! O vaxtdan çox sular axıb, indi baş verənlər isə Səudiyyə Ərəbistanı uğrunda mübarizədir.



Başqa bir oyun!



Bununla nə demək istəyirəm? Çoxdan söyləmək istədiyimi… Və indi öz fikrimi bir konkret hadisə ilə möhkəmləndirmək istəyirəm. Söhbət Rusiyanın Sputnik informasiya agentliyinin 2017-ci il noyabrın 13-də dərc etdiyi məlumatdan gedir: “Rusiya Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) direktoru Dmitri Şuqayev “Rossiya 24” telekanalına müsahibədə qeyd edib: “Bizim (Səudiyyə Ərəbistanıyla) HHM sahəsi və başqa mövzular üzrə müqavilələrimiz imzalanıb””. Lakin Şuqayev Səudiyyə Ərəbistanıyla müqavilə imzalanmış HHM sistemi modelinin adını çəkməyib. HTƏFX təmsilçiləri əvvəllər məlumat veriblər ki, Rusiya və Səudiyyə Ərəbistanı S-400 sistemləri üzrə anlaşıblar və müqavilə tezliklə imzalanacaq”.

Bütün yenilik də, bax, budur. Lakin bu, anlayanaar üçün çoxlu siqnallar ehtiva edir. Hər şeydən öncə, Səudiyyə Ərəbistanında baş verən daxili hadisələrin xarici siyasət ölçülərini və bu ölkədə mövcud olan təhlükənin qavranmasının, əslində, nədən törədiyini sərgiləyir… Əminəm, burada ABŞ-ı artıqlamasilə özündən çıxaracaq bu cür siqnal da var: “… başqa mövzular üzrə məlum sazişlər imzalanıb”.

Həm də daha nəsə: aydındır ki, Səudiyyə Ərəbistanındakı hadisələrin Türkiyə ilə paralelləri var və “Türkiyə modeli” bununla bağlı ön plana çıxır. Türkiyə təcrübəsi bütün bölgə üçün böyük önəm ifadə edir.



Türkiyə: dəyişiklik-transformasiya



Başqa bir mühüm məqam – Türkiyənin təmsil etdiyi təhlükəsizlik sığortasıdır. Bu sığortanın əhəmiyyəti Qətərlə bağlı hadisələrdə sınanıb. Görünür, bundan sonra ABŞ-a qarşı bu cür həmlələr daha çox olacaq. Bu barədə təkcə mən deyil, həm də Rusiya ekspertləri danışırlar. Xüsusən də Sakit okean dövlət universitetinin professoru İldus Yarulin prezidentlər Rəcəb Tayib Ərdoğan və Vladimir Putinin görüşünü bu cür dəyərləndirir: 1)Yaxın Şərqdə qüvvələr təqsimində ciddi dəyişikliklər baş verir; Rusiya ilə yanaşı başqa bölgəsəl oyunçuların da rolu artır; 2) hazırda Yaxın Şərqdə durum dəyişilir; bölgə olduqca fəal hərəkətə gəlib; ABŞ öz çəkisini itirir; yeni oyunçular qrupu meydana çıxır; 3) Rusiya və Türkiyə arasındakı yaxşı münasibətlər Yaxın Şərqdə xeyli məsələlərin həlli üçün əlverişli durum yaradıb; Türkiyə-Rusiya münasibətləri fəal iştirakçıların yeni qrupunun yaranmasına səbəb olub; məsələn, İran bu prosesə qoşulur …

Bu qayda ilə “yeni Yaxın Şərq”in gerçəkliyi və bu yeni qüvvənin meydana çıxmasında Səudiyyə Ərəbistanının iştirakı bunun “yeni Türkiyə” ilə necə baş verdiyini heç cür həzm edə bilmir. Əsas problem bundan ibarətdir. əvvəlki status-kvonun saxlanması tərəfdarları “Yeni Yaxın Şərq” və “yeni Səudiyyə Ərəbistanı”nın qurulması prosesini qəbul etmək istəmirlər. Xaricdən qaynaqlanan reaksiyanın və daxildən də müqavimətin əsasında bu səbəb durur. Buna görə də Qətər-Səudiyyə böhranı və digərlərinin gedişindəki kimi bu prosesi soyuqqanlılıqla izləmək, incələmək faydalı olardı…

Tərcümə Strateq.az-ındır.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net