Ana səhifə

Rusiyanın Qarabağ fəallığı: Aprel savaşının təkrarlanmamasına yönəlib - POLİTOLOQ

    Tarix: 17-11-2017 16:16   
Rusiyanın Qarabağ fəallığı: Aprel savaşının təkrarlanmamasına yönəlib - POLİTOLOQ

““Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həlliylə bağlı çox da ümidli deyil”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Rusiya prezidenti ilə son görüşünü şərh edərkən deyib. Ərdoğanın bu cümləsindən iki vacib nəticə çıxır”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, Ərdoğanın fikirlərini belə şərh edib:



“Birincisi, Kremlin İrəvana təsir edib qeyd-şərtsiz işğal altındakı 5 rayonun azad olunmasında marağı yoxdur, bunun yerinə yetirilməsinin bizim üçün ağır şərtləri var ki, onları yerinə yetirə bilmərik. İkincisi, Kremlin danışıqlarda hazırki fəallığı münaqişənin həllinə yönəlməyib.

Onda məntiqi sual doğur: Putin münaqişənin həlliylə bağlı ümidli deyilsə, hazırki intensivlik nə ilə bağlıdır, naziri Sergey Lavrovu nədən Bakıya və İrəvana göndərir? Fikrimcə, bu səfərlər, danışıqların intensivliyi görüntüsü münaqişənin həllinin sürətləndirilməsiylə bağlı deyil. Kremlin yeganə istəyi bölgədə müharibənin olmaması, aprel savaşının təkrarlanmamasının təminatını almaq və status-kvonun qorunmasıdır. Bu da işğalçı dövlətin maraqlarına cavab verir”.

Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net