Ana səhifə

Kremldə qapalı Qarabağ TOPLANTISI: Putindən Sarkisyana İKİ ƏMR

    Tarix: 15-11-2017 17:59   
Kremldə qapalı Qarabağ TOPLANTISI: Putindən Sarkisyana İKİ ƏMR
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya işgüzar səfərə gedir.
Publika.az xəbər verir ki, Sarkisyan 15-16 noyabr tarixlərində Moskvada keçiriləcək erməni mədəniyyət günlərində iştirak edəcək. Lakin onun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi də şübhəsizdir. Hətta Ermənistan mediası Sarkisyanın Putin tərəfindən Moskvaya dəvət edildiyini yazıb.
Putinlə Sarkisyanın nələr müzakirə edəcəyi maraqlıdır. Xüsusilə noyabrın 13-də Soçidə Ərdoğan-Putin görüşü keçirildi və iki lider qapalı müzakirələrdə Qarabağ münaqişəsinə də toxundu. Hətta Ərdoğanla Putinin Qarabağla bağlı yeni planının olduğu, Rusiya XİN rəhbəri Sergey Lavrovun da məhz bu planı müzakirə etmək üçün noyabrın 19-da Bakıya, 20-də isə İrəvana səfər edəcəyi haqda fikirlər var.
Dağlıq Qarabağla bağlı müzakirələrin aparıldığı Soçi görüşündən sonra Putinin Sarkisyanı Moskvaya dəvət etməsi diqqət çəkir.
Bu kontekstdə Putinlə Sarkisyanın Moskvada iki məsələni müzakirə edəcəyi ehtimal edilir.
1. Dağlıq Qarabağ münaqişəsi
2. Ermənistan-Avropa İttifaqı arasında imzalanması gözlənilən yeni saziş.
Ərdoğan-Putin görüşündə Qarabağla bağlı müəyyən müzakirələrin aparılacağı, bundan sonra Putinin Sarkisyana yeni plana uyğun hərəkət etmək haqda təlimat verəcəyi fikirləri əvvəldən mövcud idi. Ehtimal olunur ki, Putin-Sarkisyan görüşündə məhz Qarabağla bağlı hansısa yeni müzakirələr aparılacaq. Bu müzakirələrin münaqişənin mövcud status-kvonun dəyişməsi ilə nəticələnən həlli üzərində olacağı ehtimalı böyükdür.
İkinci məqam noyabrın 24-də imzalanacağı gözlənilən Avropa İttifaqı və Ermənistan arasında yeni sazişdən ibarətdir. Sarkisyan bu sazişi imzalamaq üçün Brüsselə səfər etməlidir. Lakin onun 2013-cü ildə Assosiativ Sazişdən imtina etdiyi kimi, indi də geri addım ata biləcəyi ehtimal olunur. Xüsusilə Putinin Sarkisyanı Brüsselə getməmişdən öncə Moskvaya çağırması göstərir ki, Kreml erməni prezidentə yerini göstərəcək.
Qarabağ münaqişəsi ətrafında baş verən proseslər və Ermənistan-Avropa İttifaqı sazişi əslində bir-biri ilə üzvü şəkildə bağlı görünür.
Putin Ərdoğanla görüşür, münaqişənin Rusiya və Türkiyə (dolayısı ilə Azərbaycan) maraqları nəzərə alınmaqla “mərhələli həll” yolu ilə nizama salınması haqda razılaşma əldə olunur, Lavrov yeni planı müzakirə etmək üçün 19-20 noyabr tarixlərində Bakı və İrəvana səfər edir. Putin də müzakirə aparmaq üçün bu gün Sarkisyanı Moskvaya çağırır.
Göründüyü kimi, Ermənistan ətrafında halqa daralır və işğalçı ölkənin qaçış şansları azalır. Məhz Ermənistan-Avropa İttifaqı sazişi İrəvan üçün qaçış şansı ola bilər. Bu sazişim imzalanacağı ehtimalı olduqca azdır, lakin Sarkisyan yeni sazişi başının üzərində bayraq kimi dalğalandıraraq, Moskvanı şantaj edə bilər, yaxud da edir. Putin-Sarkisyan görüşü bu proseslər fonunda təsadüfi deyil. Hesab etmək olar ki, Putin Moskvada Sarkisyana iki məsələdə diktə edəcək: Dağlıq Qarabağ və Brüssellə imzalanacaq saziş. Və Moskvanın İrəvanın bu iki məsələ arasında oyun oynamasına imkan verəcəyi mümkünsüz görünür.
Asif Nərimanlı

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net