Ana səhifə

ABŞ-ın 5400 nəfərlik “ölüm ordusu” və Rusiya kəşfiyyatının Şişani oyunu - ŞOK DETALLAR

    Tarix: 15-11-2017 15:43   
ABŞ-ın 5400 nəfərlik “ölüm ordusu” və Rusiya kəşfiyyatının Şişani oyunu - ŞOK DETALLAR
“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ailələri girov saxlanılan şəxslərə müxtəlif ölkələrdə kamikadze olmaq şərtini irəli sürüb”.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, bu iddia ilə terror aktı törətmək üçün Türkiyəyə keçərkən tutulan misirli “Əbu Zeyd” adlı terrorçu çıxış edib.
2013-ci ilin ortalarından etibarən Suriyada döyüşə daxil olan İŞİD 2014-2017-ci illərdə Suriya və İraqın üçdə bir hissəsinə nəzarəti təmin edib. 2016-cı ildən başlayaraq ABŞ və onun müttəfiqləri tərəfindən ağır məğlubiyyətlərə uğradılan terror təşkilatı PYD və peşmərgə qarşısında geri çəkilərək əraziləri onlara təhvil verib.
“Yeni Şəfəq”in yazdığına görə, İraq işğalı zamanı təməli qoyulan “Əbu Qureyb” həbsxanasında məhbusların 70 faizini xarici terrorçular təşkil edirdi. Eyni zamanda İŞİD-in xeyli xarici döyüşçüsü İraqın Mosul və Suriyanın Rakka şəhərlərindən ABŞ-ın himayəsi altında çıxarılıb. “Əbu Zeyd”in sözlərinə görə, İŞİD terrorçularının Rakkadan çıxarılması sentyabr ayında başlanıb. Ümumilikdə, PYD və ABŞ tərəfindən 2 mindən çox terrorçu və onların ailələri şəhərdən çıxarılıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bəzi şəxsləri müxtəlif ölkələrdə kamekadze hücumlarında iştirak etmələri şərti ilə bölgədən daşıyıb.


“Çoxları kamikadze hücumlarında istifadə olunması məqsədiylə ABŞ və PKK-nın əlində saxlanılır. Rakkadan çıxarılanların bir hissəsi ABŞ-ın Suriyada qurduğu bazalardan birində yerləşdirilib. Bir çoxlarının ailələri girov saxlanılır”, - o deyib.
Nəşr qeyd edir ki, Türkiyə ilə sərhəd bölgələrdə əməliyyat keçirən müxalif güclər eyni məqsədlə Türkiyəyə keçməyə çalışan daha 8 nəfəri tutub. Onlardan biri – Rakkada 1,5 il İŞİD-in maliyyə işləri üzrə cavabdeh şəxsi olan “Əbu Riyad” adlı terrorçu son 4 ayda bir çox ölkəyə ABŞ kəşfiyyatı vasitəçiliyi ilə kamikadzelərin daşındığını söyləyib.
Rakkada Əbu Ömər əl-Şişani və bəzi çeçenlərlə yaxın əlaqə qurduğunu söyləyən “Əbu Riyad” bir vaxtlar İŞİD-in “Baş qərargah başçısı” olan Şişaninin Rusiya üçün çalışdığını iddia edib: “Gürcüstan ordusunda keçmiş zabit olan Şişani 1990-cı illərin ortalarından etibarən Rusiyanın gizli xidmətinə çalışırdı. Rusiya kəşfiyyatı onu 2012-ci ildə Əfqanıstana göndərmək istəyirdi, ancaq Suriya müharibəsinin başlanması ilə Suriyada vəzifələndirildi. İŞİD daxilində bütün inzibati mexanizm kəşfiyyat təşkilatları tərəfindən idarə olunur və müəyyən vaxtdan sonra bunu hər kəs bilir, ancaq ölüm qorxusu səbəbiylə susmaq məcburiyyətində qalırlar”.


Rusiya Müdafiə Nazirliyinin oktyabr ayında açıqladığı məlumata görə, Suriyada İŞİD terror qruplaşmasının nüfuzlu səhra komandirləri məhv edilib. Məlumata görə, onların arasında Şimali Qafqazdan gəlmələr olan Əbu Ömər əl-Şişani, Əlyauddin əş-Şişani və Salahuddin əş-Şişani var idi.
ABŞ-da yerləşən Soufan Mərkəzinin dərc etdiyi hesabat da dünya ölkələrinin kamikadze hücumları təhdidi ilə qarşı-qarşıya olduğunu göstərir. Hesabata görə, son iki ildə İraq və Suriyanı tərk edən İŞİD terrorçuları Avropa başda olmaqla, dünyanın 146 ölkəsinə dönməyə başlayıb. Bu ölkələrin hazırda 5400 terrorçunun potensial hədəfinə çevrildiyi bildirilir.
İŞİD-ə xarici döyüşçü göndərən ölkələrin siyahısında ilk beşlikdə yer almamasına baxmayaraq, Türkiyə Suriya və İraqı tərk edən İŞİD döyüşçülərinin ən çox üz tutduğu ölkədir. Ümumilikdə, İŞİD-in 900 xarici döyüşçüsü Türkiyəyə daxil olub və ölkə terrorçuların əsas hədəflərindən biridir. Amma Türkiyə kəşfiyyatına görə, bu rəqəm İŞİD-in ağır məğlubiyyətlər aldığı iyul, avqust və sentyabr aylarında daha da artıb.
Ömər Dağlı

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net