Ana səhifə

Nazirlik araşdırdı, ağac kəsən sahibkara cinayət işi açıldı - Reaksiya

    Tarix: 10-11-2017 20:47   
Nazirlik araşdırdı, ağac kəsən sahibkara cinayət işi açıldı - Reaksiya

Ağsunun Nüydü bələdiyyəsinin ərazisində yaşıllıqların məhv edilməsi faktı ilə bağlı araşdırma başlanıb.
Bu barədə Anaxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirlikdən saytımıza deyilib ki, Nüydü bələdiyyəsinin mülkiyyətinə məxsus “Xasıdərə” adlanan ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
Şikayətçinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə yaşköküstə müxtəlif diametrli və cinsli 98 ədəd ağacın qanunsuz kəsildiyi məlum olub.
Araşdırma zamanı Xasıdərə” adlanan torpaq sahəsindəki ağacların həmin ərazidə yerləşən “Şöhrətoğlu” ailəvi istirahət mərkəzinin rəhbəri Novruz Gülməmmədovun göstərişi ilə kəsildiyi və təbiətə 20 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun qaydada akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülməsi üçün Ağsu rayon Prokurorluğuna göndərilib. Faktla bağlı cinayət işi açılıb və hazırda araşdırma aparılır.
Qeyd edək ki, bu gün saytımızda sözügedən problem işıqlandırılmışdı. Əslən Laçın rayonundan olan Gülməmmədov Novruz adlı birisi geniş bir ərazini zəbt edərək meşə zolağını qıraraq torpağın üst qatına küllü miqdarda ziyan vurub.
Sakinlər bildiriblər ki, adiyyatı qurumlara müraciət etsələr də, Novruz Gülməmmədova gücü çatan yoxdur.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net