Ana səhifə

Trampın müharibəyə səbəb olacaq GİZLİ QARABAĞ QƏRARI

    Tarix: 08-11-2017 13:38   
Trampın müharibəyə səbəb olacaq GİZLİ QARABAĞ QƏRARI
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta dünən bildirdi ki, “Vaşinqtonda yeni administrasiya hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ məsələsində necə hərəkət etməklə bağlı qərarlar qəbul edildi”. Səfir qeyd etdi ki, ABŞ Minsk qrupunda həmsədrlik fəaliyyətinə davam etdirmək qərarını verib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin yenidən qurulması prosesində Minsk qrupunda amerikalı həmsədr postunun ləğvi gündəmə gəlmişdi.

R.Sekutanın sözlərinə görə, artıq bu, baş verməyəcək və amerikalı həmsədr postu saxlanılacaq. Lakin amerikalı səfir Vaşinqtonun Qarabağ məsələsində necə hərəkət etməklə bağlı qəbul etdiyi qərarları açıqlamayıb. Bundan əvvəl Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland qeyd etmişdi ki, ABŞ-ın xarici siyasi strategiyası müəyyənləşəndən sonra, Qarabağ münaqişəsi üzrə hərəkət planı da hazırlanacaq. Görünür, bu proses başa çatıb və Amerika Qarabağ məsələsində yeni addımlar atmağı düşünür.

Publika.az xəbər verir ki, ABŞ-ın gizli saxlandığı yeni qərarlar Ermənistanı narahat edir. Xüsusilə erməni ictimaiyyəti yeni müharibənin ola biləcəyi təhlükəsindən bəhs edir.

Erməni şərhçi Aram Amatuni yazır ki, Amerika Qarabağ məsələsində Rusiya pəncərəsini bağlamağa çalışacaq.

“Məsələ ondadır ki, nizama salma prosesi dalana dirəndikcə, müharibə variantı önə çıxır. Rusiya və ABŞ regionda müharibə istəməyə bilər, lakin maraq mübarizəsində onlardan biri müharibəni alovlandıra bilər. Təcrübə göstərir ki, yeni müharibələrdən Ermənistan əziyyət çəkir”, - deyə o qeyd edir.

Erməni şərhçi hesab edir ki, ABŞ Rusiyanı Qarabağ məsələsində inhisarçılıq mövqeyindən əl çəkməyə məcbur edə bilər: “Rusiyanın bunu edib-etməyəcəyi isə məlum deyil”.

Asif

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net