Ana səhifə

"Qoca" ləqəbli kriminal avtoritet Azərbaycan Yazıçılar Birliyinin üzvü olub? - AÇIQLAMA

    Tarix: 07-11-2017 13:13   
"Qoca" ləqəbli kriminal avtoritet Azərbaycan Yazıçılar Birliyinin üzvü olub? - AÇIQLAMA


Müğənni Fədayə Laçının “Qoca” ləqəbi ilə tanınan kriminal avtoritet Etibar Məmmədovun həbsdən qaçmasında vasitəçi olması, onlar arasındakı sevgi münasibəti və davamında baş verən hadisələr hələ də medianın əsas müzakirə mövzusu olaraq, qalmaqdadır.

Cebhe.info xəbər verir ki, əsas xəbərə çevrilən bu olayda daha bir maraqlı məqam da kriminal avtoritetin anası Svetlana Məmmədovanın oğlu ilə bağlı verdiyi açıqlamaları olub. O, oğlunun qəzəllər yazdığını, hətta “Mirvari damlalar” və “Gözlədiyim illər” adlı kitabların müəllifi olduğunu bildirib. Əlavə edib ki, oğlu daha bir kitabı çapa hazırlanırdı, lakin ölüm imkan vermədi.

Bəs, maraqlıdır, görəsən, Etibar Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü olubmu?

Nəzərə alanda ki, tanınmış meyxana ustası Namiq Məna da sözügedən qurumun üzvü idi. Hətta bu yaxınlarda o, AYB-nin Qubadlı bölməsinə sədr seçilmişdi. İctimaiyyət meyxanaçının Yazıçılar Birliyinin bölmə sədri təyin olunmasını xoş qarşılaması isə başqa söhbətin mövzusudur.

AYB-nin mətbuat katibi Xəyal Rza ilə əlaqə yaratdıq. X.Rza sorğumuza cavab olaraq bildirdi ki, “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov AYB-nin üzvü olmayıb.

“Belə bir adam bizim qurumda üzv deyil. Nə çox kitabı dərc olunanlar… Etibar Məmmədov da onlardan biridir. Hər kitabı çıxan AYB-nin üzvü olmalı deyil ki?!” -, deyə qurum sözçüsü bildirib.

Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Aysel
Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net