Ana səhifə

Bakıda “Azərsu”ya bina tikən şirkəti Ukraynada yol tenderinə buraxmadılar TƏCRÜBƏSİ YOXMUŞ...

    Tarix: 20-10-2017 16:23   
Bakıda “Azərsu”ya bina tikən şirkəti Ukraynada yol tenderinə buraxmadılar TƏCRÜBƏSİ YOXMUŞ...
Ukraynanın Sumsk vilayətində yol tikintisinə dair keçirilən tenderdə Azərbaycanın “ALKE İnşaat və Sənaye” ASC şirkətinin iştirakına icazə verilməyib. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb “Ukravtodor” (“Ukrayna Avtomobil Yolları”) tərəfindən tender komissiyasına göndərilmiş məktubdur.

Məktubda göstərilir ki, “ALKE İnşaat və Sənaye” ASC-nin son 5 ildə Ukraynada və ya Avropa İttifaqı ölkələrində analoji işlərin görülməsinə dair təcrübəsi yoxdur. 99 milyon qriven dəyərindəki layihənin sifarişçisi “Sumımoststroy” MMC şirkəti idi. Sifarişçi oktyabrın 18-də tender komissiyasında sübut etməyə çalışıb ki, “Ukravtodor”un tender sənədləri iddiaçı şirkətin Ukrayna və ya Aİ ölkələri ərazisində iş təcrübəsinin olmasını nəzərdə tutumurdu. Ona görə də Azərbaycan şirkətinin “Azəravtoyol” ASC ilə bağlanmış müqaviləni təqdim etməsi tender şərtlərinə tamamilə uyğun idi. Üstəlik Ukraynanın infrastruktur naziri Vladimir Yemelyan oktyabrın 4-də “Ukravtodor”un həmin məktubunu geri çağırdığını bildirmişdi. Lakin bu arqumentlər kömək etməyib.



“ALKE İnşaat Sənaye və Ticarət” ASC 2011-ci ildə fəaliyyətə başlayıb. Baş ofisi Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/26 ünvanında yerləşir. Bu ilin sentyabrında “ALKE İnşaat və Ticarət” ASC “Azərsu” ASC-nın Heydər Əliyev prospektində inşası yarımçıq qalmış inzibati binasının tikintisinin tamamlanması üçün müqavilə bağlayıb. Müqavilənin dəyəri 44.1 milyon dollardır.



Binanın tikintisi 2015-ci ildə başa çatsa da istifadəyə verilməyib. Yerli media tikintiyə 120 milyon ABŞ dolları ayrıldığını yazır. Yeni bina 20 mərtəbədən və 2 mərtəbəli zirzəmidən ibarətdir. Onun hündürlüyü 124 metrdir.

Virtualaz.org

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net