Ana səhifə

“Nar” operatoru “TaxFree” mobil tətbiqini təqdim etdi

    Tarix: 18-10-2017 11:15   
  “Nar” operatoru “TaxFree” mobil tətbiqini təqdim etdi

“TaxFree4U” əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması onlayn xidmətinin bazası əsasında
“Nar” operatoru ƏDV-nin qaytarılması prosesini sadələşdirəcək “Nar TaxFree” mobil tətbiqini
təqdim etdi. Bu yenilik sayəsində “Nar” istifadəçiləri ölkə xaricində alış-verişə sərf etdikləri
məbləğin 19%-dək olan hissəsini geri ala bilirlər. “Nar TaxFree” xidməti Almaniya, Fransa,
İtaliya, İspaniya, Finlandiya və Böyük Britaniya kimi Avropa ölkələrində xərclənmiş məbləğin
ƏDV hissəsinin geri qaytarılmasını təmin edir. Eyni zamanda, “TaxFree” anketinə gömrük
zabitinin müvafiq möhürünü vurdurmaq və alınmış mallarla istənilən Avropa İttifaqı ölkəsini tərk
etmək mümkündür.
“Nar TaxFree” tətbiqi sayəsində “Nar” abunəçiləri səyahətdə olarkən vaxtlarına qənaət edə
bilirlər. Artıq bəyannamə doldurmaq və bir neçə yerdə növbəyə durmağa ehtiyac yoxdur.
Üstəlik, xidmət qısa zaman ərzində mümkün olan ən yüksəkfaizli ƏDV qaytarılması
praktikasını təmin edir. “Nar TaxFree” tətbiqinin ən böyük üstünlüyü isə sadəcə tərəfdaş
mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət
obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin əlavə dəyər vergisi hissəsinin geri
qaytarılmasını təmin etməsidir.
Tətbiqdən yararlanmaq üçün “6592” qısa nömrəsinə SMS göndərərək yükləmə keçidini əldə
etmək kifayətdir.
Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil tətbiqdən Avropa İttifaqı ölkələri
vətəndaşı olmayan bütün “Nar” istifadəçiləri istifadə edə bilərlər. “Nar TaxFree” tətbiqi
haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə
keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə
edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.
  “Nar” operatoru “TaxFree” mobil tətbiqini təqdim etdi
  “Nar” operatoru “TaxFree” mobil tətbiqini təqdim etdi
  “Nar” operatoru “TaxFree” mobil tətbiqini təqdim etdi

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net