Ana səhifə

Polislərə “Transgeyt”in sabiq prezidentinin qardaşı atəş açıb TƏFƏRRÜATLAR, YENİLƏNİB

    Tarix: 15-10-2017 15:52   
Polislərə “Transgeyt”in sabiq prezidentinin qardaşı atəş açıb TƏFƏRRÜATLAR, YENİLƏNİB

Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Muşviq Mədətova hücum edən “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.

Məlumatlı mənbələrdən virtualaz.org-a bildirilib ki, onun avtomobilini təqib edən polislərə də o atəş açıb. Xatırladaq ki, atışma samanı Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.

Cinayətin motivləri bəlli deyil.

Qeyd edək ki, “Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis oldu.


Polislərə “Transgeyt”in sabiq prezidentinin qardaşı atəş açıb TƏFƏRRÜATLAR, YENİLƏNİB
Virtrualaz.org Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı hadisənin təfərrüatlarını öyrənib.

Məlumatlı mənbələrdən saytımıza bildirilib ki, O.Axundzadə və 9-cu Polis Bölməsinin rəisi Elsevər Qədirov salonunda şübhəli şəxslərin olduğu “Toyota Prado” avtomobilini təqib ediblər.

Qara Qarayev prospektindəki “Ruslan 93” idman kompleksinin yaxınlığında Orxan Axundzadə “Toyota Prado” avtomobilinə yaxınlaşıb. Bu vaxt maşında olan üç nəfərdən biri polislərə "Vinçester" markalı tüfəngdən atəş açıb və onu yaralayıb.

Polis əməkdaşları ilə cinayətkarlar arasında atışma başlanıb. Cinayətkarlar aradan çıxmağı bacarıblar.

Səbail Rayon Polis İdarəsinin rəisi də hadisə yerinə gəlib. Hadisəni törədən cinayətkarların yaxalanması üçün müvafiq tədbirlər görülür.

* * *12:25

Dünən axşam vaxtı metronun “İçərişəhər” stansiyası yaxınlığında naməlum cinayətkarın Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlaması barədə xəbər vermişdik. Hadisənin Müşfiq Mədətov çayxanadan çıxarkən baş verdiyi bildirilirdi.

Onu da qeyd etmişdik ki, M.Mədətov ərizə ilə polisə müraciət edib.

Polis əməkdaşları cinayətkarların tutulmasına cəhd göstəriblər. Məlumatlı mənbələrdən virtuaz.org-a bildiriblər ki, cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar. Nəticədə Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.

Virtualaz.org

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net