Ana səhifə

“O xəritə Rusiyanın sifarişidir” - Türk mediasından şok iddia

    Tarix: 12-10-2017 16:25   
“O xəritə Rusiyanın sifarişidir” - Türk mediasından şok iddia

Ötən həftə ölkə gündəmini zəbt edən “Azərbaycan tarixi” dərsliyindəki səhv Türkiyə mediasında da işıqlandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yazan “Sözcü” qəzeti qalmaqallı iddia irəli sürüb. Nəşr sözügedən məsələnin arxasında Rusiyanın dayandığını yazır. Xəbərdə qeyd edilir ki, bu haqda Azərbycandakı mənbələr danışıblar. Onlar iddia edib ki, dərslik və oradakı xəritə Rusiya tərəfindən sifarişlə hazırlanıb.

Xatırladaq ki, rus bölməsinin 10-cu sinifləri üçün hazırlanan “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib. Həmin kitablar toplanaraq yenisi nəşr edilib və məktəblərə verilib.

Aysel Kərimova

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net