Ana səhifə

ABŞ-ın “kürd layihəsi”nin hədəfi budur – Rus ekspert

    Tarix: 08-10-2017 09:00   
ABŞ-ın “kürd layihəsi”nin hədəfi budur – Rus ekspert

ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın getməsi üçün əlindən gələn hər şeyi edəcək.Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı siyasi ekspert Yevgeni Tarlo çıxış edib.

ABŞ-ın Türkiyənin müstəqil siyasət aparmasından narahat olduğunu bildirən Tarlo bunları qeyd edib: “Qərbin Rusiya və Türkiyəyə yönəlik siyasəti Moskva və Ankaranı birləşdirdi. 15 iyulda uğursuz dövlət çevrilişi cəhdində ABŞ-ın izi vardı. Amerikanın hər zaman belə hadisələrdə birbaşa əlaqəsi olur. Ərdoğan hakimiyyətdə olduğu müddət ərzində Vaşinqtonun o bölgədə problemləri olacaq. Beləliklə, ABŞ Ərdoğanın getməsi üçün əlindən gələn hər şeyi edəcək. Ərdoğana qarşı etiraz aksiyaları, Ukraynadakı analoji meydan tamaşaları, iqtisadi sanksiyalar və başqa təzyiqlər gözlənilir. Bu arada ABŞ-ın bölgədə Kürdüstan layihəsi də Türkiyəni hədəf alır”.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net