Ana səhifə

Dörd dövlətin xəritədə qalmaq üçün ÖLÜM-DİRİM MÜBARİZƏSİ

    Tarix: 21-09-2017 15:29   
Dörd dövlətin xəritədə qalmaq üçün ÖLÜM-DİRİM MÜBARİZƏSİ

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan müstəqillik referendumu regionda gərginliyi artırır. Bu günlərdə Kərkükdə - Bağdadla İraq kürdləri arasında mübahili hesab olunan şəhərdə böyük partlayış baş verdi. Terror aktı nəticəsində 3 nəfər həlak oldu, təxminən 10 nəfər yaralandı. Eyni zamanda, İraqın baş naziri Heydər əl-İbadi bildirdi ki, İraq vətəndaşlarına qarşı zorakılıq davam etdirilərsə, hərbi müdaxilə ediləcək.
Bu şərtlərdə Bağdadda mərkəzi hökumətlə kürdlər arasında yeni müharibə ehtimalı olduqca yüksək qiymətləndirilir.
Publika.az xəbər verir ki, Rusiyanın “Rosbalt” agentliyinə müsahibəsində Yaxın Şərq üzrə mütəxəssis və politoloq Mixail Maqid proseslərin mümkün gedişatını qiymətləndirib.
İraqda əsas mübarizənin Kərkük şəhəri uğrunda getdiyinə diqqət çəkən politoloq hesab edir ki, ölkənin dağılması ehtimalına aparan əsas amillər etnik münaqişə və neftdir.


“İraq Kürdüstanında hasil edilən gündəlik 500-600 min barel neftdən 400 min bareli Kərkükün payına düşür. Təsəvvür etmək mümkün deyil ki, Bağdad sadəcə desin: ”Neftinizi götürün və gedin!” Bundan başqa, 2018-ci ilin yazında İraqda seçkiləri keçiriləcək. Kürdüstanı nəzərə almadan ölkə rəhbərliyinin demək olar ki, 80 faizi şiələrdir. İraqın kimin idarə edəcəyinə dair hazırda kəskin mübarizə gedir. Baş nazir İbadi Kərkük məsələsində inamsızlıq nümayiş etdirərsə, şəxsi seçiciləri onu başa düşməyəcəklər və seçicilər siyasi çəkisini tədricən artıran Nuri əl-Malikini dəstəkləyə bilərlər”, - Mixail Maqid bildirib.
Politoloq İraqın şiə düşərgəsinin çox parçalandığını qeyd edib. O, İradda ordudan başqa, 100-150 minlik “Haşti-Şabi” döyüşçüsü və onlarla kiçik qruplaşmaların olmasına diqqət çəkir. Mixail Maqid bildirir ki, nüfuzlu səhra komandirləri və qruplaşmaların 30 faizi, o cümlədən “Haşti-Şabi”nin əhəmiyyətli hissəsi İran hərbçiləri və ideoloji rəhbərliyinin təsiri altındadır.
“Könüllü hərbi qruplaşmalar Kərkükün təslim edilməsindən narazı olacaqlar. Tehran da həmçinin Kürdüstanın gücləndirilməsində maraqlı deyil. Ona görə də İbadi kürdlərlə mübarizəyə köklənib”, - ekspert deyib.


Amma, onun fikrincə, Ərbil üçün hər şey göründüyü qədər asan deyil. Kürdlərin iqtisadi problemlərlə qarşılaşacağı şübhəsizdir. Digər tərəfdən muxtariyyətin özü də monolot deyil. Məsələ ondadır ki, İraq Kürdüstanında 15 müstəqil silahlı qruplaşma, müxtəlif etno-dini icmalar və partiyalar fəaliyyət göstərir.
Bununla belə, politoloqun fikrincə, ağlasığmazdır ki, Barzani Kərkük haqqında məsələni şiələrlə ciddi olaraq müzakirə etməyə başlayacaq:
“Bərzani Kərkükü artıq özününkü hesab edir. Digər tərəfdən, şəhər uğrunda mübarizə nəzəri olaraq bütün kürd fraksiyalarını birləşdirə bilər. Kərkükü tutmaq cəhdi ümumiyyətlə referendumun əsas məqsədidir. Problem ondadır ki, Ərbilin belə hərəkətləri birtərəfli xarakter daşıyır. Və Bərzaninin bu siyasəti son dərəcə təhlükəlidir”.
Onun sözlərinə görə, yalnız Suriya və İraq deyil, həm də Türkiyə və hətta İran xəritədə qalmaq üçün çox səy göstərməli olacaq. Politoloq qeyd edir ki, Şimali İraq kürd muxtariyyətinin müstəqillik bəyannaməsi türk və İran kürdləri üçün ciddi siqnal olacaq.
“Bu, onların müstəqil və vahid Kürdüstan tələblərini gücləndirəcək. Bu amil Türkiyə və İranı yaxınlaşdırır”, - Mixail Maqid deyib.


Amma o, Türkiyə və İranın İraq kürdlərinə hücuma təşəbbüs edəcəyinə şübhə edir. O, bunu Türkiyənin hər gün Bərzanidən 500 min barel neft alması ilə izah edir.
Yaxın Şərq üzrə mütəxəssis hesab edir ki, ABŞ tərəfləri bir-birinə qarşı hərbi hərəkətlərə başlamamağa inandırmağa çalışacaq:
“Amerika İŞİD üzərində qələbədə maraqlıdır və ehtiyat edir ki, kürd-şiə müharibəsi yalnız terrorçular üçün əlverişli ola bilər. ABŞ-ın kürdlər, Bağdad hökuməti və Türkiyəyə təsiri hələ böyükdür. Yüksək ehtimalla, Vaşinqton müharibənin qarşısını almağı bacaracaq. Eyni zamanda, ABŞ kürrdlərdən referendumun təxirə salınmasını istəyir. Vaşiqntonun alternativ planı var, amma detalları hələ elan edilməyib. Amma düşünmürəm ki, Barzani bu məsləhətə qulaq asacaq. O, hazırda kürd dünyasında öz reytinqini referendum ideyası sayəsində kəskin artırıb. Bərzani bu ideyadan imtina edərsə, satqın kimi qəbul edilə, hətta devrilə bilər”.
Mixail Maqid kürd muxtariyyətinin İraqın tərkibindən çıxışına sakit yanaşdığını bildirir. O, bu yaxınlarda Rusiyanın “Rosneft” dövlət şirkəti ilə Ərbil arasında boru kəmərinin tikintisi və istismarı üzrə sazişin başlanmasını xatırladır. Sözügedən kəmər kürd qazını Türkiyə və Avropaya daşıyacaq.


Politoloq İŞİD-lə döyüşün başa çatmasından sonra kürd-şiə müharibəsinin baş vermə ehtimalının yenidən artacağını proqnozlaşdırır: “Yaxın Şərqin siyasi landşaftı dönməz şəkildə dəyişib. Bir sıra ərəb dövlətləri - Livan, Suriya, İraq, Yəmən və Liviyanin dağılması reallığıa çevrilib. Bu ölkələrdə yaranmış xaosda İŞİD möhkəmlənməyə çalışdı. Amma onun məğlubiyyətindən sonra vəziyyət dəyişdi. İndi İran güc toplayır və regionu tədricən özünə tabe edir. Tehran bu işdə şiə qruplaşmalarının şəbəkəsinə söykənir. Yaxın Şərqin yeni reallığının ikinci amili İrandan daha kiçik qiyməti olmayan kürd məsələsidir. Bu, Kürdüstanın kristallaşmasıdır. O böyüyərək dörd dövlət – İraq, Uran, Suriya və Türkiyənin dağıdır. Bu ölkələrdə 40-50 milyon kürd yaşayır. Təbii ki, baş verənlər nə üç şiə hökuməti - Suriya, İraq və İranın, nə də Türkiyənin xoşuna gəlir. Hadisələrə məhz bu qarşıdurmanın prizması ilə baxmaq lazımdır”.
Ömər Dağlı

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net