Ana səhifə

Ziya Məmmədovun bacısı işdən çıxarılıb?

    Tarix: 20-09-2017 15:42   
Ziya Məmmədovun bacısı işdən çıxarılıb?

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, M. Məmmədova işində yol verdiyi nöqsana və haqqındakı rüşvət alma ittihamına görə vəzifəsindən çıxarılıb.
Liseydən isə bildirilib ki, Məhbubə Məmmədova 3 gündür səhhəti ilə bağlı işə çıxmır: “Ancaq onun işdən çıxarılması barədə məlumatlı deyilik”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov da danışıb. O qeyd edib ki, hazırda nazirliyin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılır: “Ancaq məktəb direktoru işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə ictiamiyyətə məlumat verəcəyik”.
Son günlər keçmiş nazir Ziya Məmmədovla bağlı bir- birinin ardınca məlumatlar yayılır. Bildirilir ki, sabiq nazir Xarici İşlər Nazirliyinin yanındakı evini də satışa çıxarıb. Onun oğlu Anar Məmmədovla birgə xaricə köçmək istəyinin olduğu da vurğulanır.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net