Ana səhifə

Son yüz ilin ən soyuq qışı gəlir: FƏLAKƏT bizi gözləyir

    Tarix: 15-09-2017 18:03   
Son yüz ilin ən soyuq qışı gəlir: FƏLAKƏT bizi gözləyir

Avropalı klimatoloq alimlər hamısı bir ağızdan Ukrayna və Rusiya, ümumiyyətlə, Avropada son 100 ilin ən soyuq qışının yaxınlaşdığını iddia edir.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, buna sübut olaraq, İrlandiyanı göstərmək olar. Belə ki, bu həftə İrlandiyada tempratur gözlənilmədəm sıfıra düşüb. Halbuki, sentyabr ayı və həmin ölkə üçün belə bir tempratur olduqca qəribədir.

Xeyr, bu heç də qlobal istilənməyə görə deyil. Sadəcə olaraq, Yer kürəsi yeni klimat dövrünə daxil olur.

Görünür, yaxın illərdə yağışla müşayiət olunan yumşaq qışa həsrət qalacağıq. Noyabr ayından artıq buzlu-şaxtalı hava bizi gözləyir. Dekabrda isə termometrlərdə mənfi 5 dərəcədən də aşağını göstərəcək.

Avropada deyil, hətta Asiyada da qar yağıntısı yüksək olacaq. Həmçinin bizə bu qış günəşli havanı da görmək az qismət olacaq. Yeri gəlmişkən, belə hava ötən əsrin 50-ci illərində müşahidə olunub.

Bu iddanı israrla irəli sürən britaniyalı klimotoloq Ceyms Meddendir. O, artıq bütün avropalıları ilin ən son isti günlərinin dadını çıxarmağa çağırıb.

“Çünki oktyabrda artıq qış fəsli olacaq.Yağış, qar, bıçaq kimi kəsən külək, aşağı tempratur başımızın üzərini kəsəcək. Qalın geyimlərinizi artırın, həmçinin evinizi isitmək məqsədilə işinizi ehtiyatlı tutun. Bizi qarşıda uzun bir qış gözləyir”, - deyə, ekspert bildirir.

Maraqlıdır, görəsən, əslində nə baş verir? Nəyə görə qış bu qədər sərt keçəcək?

Buna səbəb Sakit okeanda tempraturun qəfil yüksəlməsidir. Tempratur gözlənilmədən 1 dərəcə yüksəlib və Avropa üzərində arktik hava kütlələrinin yaranmasına gətirib çıxarıb.

Sadə dillə desək, yaxın bir neçə ay ərzində soyuq şimal küləyi bütün Avropa üzərində dominantlıq edəcək.

Ekoloqlar havanın temperaturunun azalmasını bildirsələr də, “buz dövrü” haqqında danışmağın hələ tez olduğunu bildirirlər.

Aytən
Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net