Ana səhifə

ABŞ ŞİMALİ KOREYAYA NÜVƏ ZƏRBƏSİ ENDİRƏRMİ? – “Hücuma yeganə cavab nüvə zərbəsi olar”

    Tarix: 15-09-2017 13:08   
ABŞ ŞİMALİ KOREYAYA NÜVƏ ZƏRBƏSİ ENDİRƏRMİ? – “Hücuma yeganə cavab nüvə zərbəsi olar”
Koreya yarımadasında müharibə başlarsa, Birləşmiş Ştatlar buna qarşı iri yaşayış məntəqələrinə zərbə vurmadan taktiki nüvə silahından istifadə etməkləmi cavab verəcək? Analitiklərin bu məsələdə yekdil fikirləri yoxdur, lakin onların əksəriyyəti belə hesab edir ki, əgər Şimali Koreya nüvə silahına əl atarsa, onda buna qarşı görüləcək yeganə cavab tədbiri nüvə silahından istifadə olacaq.

“Ploughshares fondu”nun prezidenti Cozef Sirinsione “The National İnterest”ə deyib: ”Səbəbindən asılı olmayaraq, nə vaxt ki, düşmən nüvə silahından istifadə edir, onda o nüvə astanasını tapdalayaraq, özünə qarşı güclü cavab zərbəsinin vurulmasının günahkarı olur. Amerika hərbi komandanlığı deməyəcək ki, bu, sadəcə olaraq havada partlayışdır və biz də buna elə o cür də cavab verəcəyik. Əksinə, ABŞ sarsıdıcı və məhvedici nüvə zərbəsi vuracaq. Amerikanın nüvə sistemi, həmçinin də idarəetmə sistemi nüvə müharibəsi şəraitində fəaliyyət üçün nəzərdə tutulub. ABŞ Hərbi Hava Qüvvələrindəki kəşfiyyat sisteminə rəhbərlik etmiş, hal-hazırda isə “Mitçel Araşdırmalar İnstitutu”nun rəhbəri işləyən istefada olan general –leytenant Devid Deptula Sirinsionenin fikirləri ilə razıdır.

“The National İnterest”-lə söhbətində o söyləyib: ”Nüvə silahı elə nüvə silahıdır. Heç kim onun taktiki olub-olmadığına baxmayacaq. ”Taktiki” və ya “strateji” termini dağıdıcılığın səviyyəsini müəyyən edən anlayışlardır”.
Birləşmiş Ştatların nüvə silahından döyüş meydanında istifadə etmək imkanı var. Bunun üçün idarəolunmayan termonüvə “B61” bombası nəzərdə tutulub. Bombanın dağıdıcılıq gücü, vəziyyətdən asılı olaraq, 0,3 kilotondan 340 kilotonadək dəyişir. Bu bombanı “F-16C”, ”F-15E” qırıcıları da daxil olmaqla, əksər Amerikan qırıcılarında daşımaq mümkündür. Bunu həmçının radarlara yaxalanmayan – görünməz “F-35”-lər də edə bilər.

nuve“The Nonproliferation” jurnalının redaktoru Coşua Pollak “The National İnterest”ə bildirib: ”Mən belə hesab edirəm ki, nüvə silahına qarşı ABŞ-ın cavabı yalnız nüvə zərbəsi ilə olacaq, ancaq qərarı prezident verəcək. Strateji/taktiki silahlarla təchiz olunmuş hərbi dəstələr faktiki eyni şeydir. Çünki strateji bombardmaçılar və Avropada bazalaşmış taktiki bombardmançılar gövdələrində eyni – “B61” bombasını daşıya bilərlər. Bu silahlar “tənzimlənən bomba gücüylə” ya böyük, ya da az kilotonluq olur”.

“Heritage fondu”nun müdafiə proqramı ilə məşğul olan elmi əməkdaşı Tomas Kllendar Şimali Koreyanın taktiki nüvə zərbəsinə cavab kimi, Birləşmiş Ştatların nüvə silahından istifadə edəcəyinə skeptik yanaşır: “Mənə elə gəlir ki, hər halda ABŞ-ın “B61” bombasından istifadə etmək qərarını verməsi çox çətin olacaq. Əgər amerikalı hərbiçilərin Şimali Koreya hədəflərini və onların nüvə potensialını qeyri-nüvə vasitələri ilə neytrallaşdırmaq üçün hər hansı imkanları varsa, onda onların məhz həmin vasitlərə əl atacaqları daha çox ehtimal ediləndir”.

Münaqişə tərəflərindən kimin haqlı olduğunu söyləmək çətindir, amma nüvə silahı hədsiz böyük dağıdıcılıq gücünə malikdir. Ümüd edək ki, ayıq başlar üstün gələcək və biz nüvə silahının gücünün necə olmasını görməyəcəyik.

(“The National Interest”-ABŞ)

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net