Ana səhifə

Avropadan Şeytan İSTİSİ GƏLİR - temperatur 50 dərəcəni keçəcək

    Tarix: 05-08-2017 14:51   
Avropadan Şeytan İSTİSİ GƏLİR - temperatur 50 dərəcəni keçəcək

Avropanın cənubunda “Lucifer” (Şeytan) adı verilən isti hava axını temepraturun 40 dərəcəni keçməsinə səbəb olub.
Publika.az xəbər verir ki, insanlara gündüz saatlarında küçəyə çıxmamaları və çoxlu maye qəul etmələri tövsiyə edilib. Afrikadan əsən isti küləklər və yüksək rütubətlə birlikdə bəzi bölgələrdə temperatur 50 dərəcəyə yüksəlib.
Hava məlumatlarının yer aldığı MeteoAlarm dünəndən İtaliya, İspaniya, Xorvatiya, Bosniya-Hersoqovina, İsveçrə, Macarıstan, Slovakiyanın da yer aldığı 11 ölkə üçün qırmızı həyəcan xəbərdarlığı edib. İtaliyada temperaturun 40 dərəcədən çox olması xəstəxanaların təcili yardım şöbələrinə müraciətləri 15 faiz artırıb. İspaniyanın Sevilya, İtaliyanın Sardiniya adaları, Xorvatiyanın Novska vilayətində temperatur 40 dərəcədən yüksəkdir. Xorvatiyanın Split hava limanında həftəlik temperatur 42.3 dərəcə olaraq qeydə alınıb.
Havanın temperaturunun yüksəlməsinin meşə yanğınlarına səbəb olacağı bildirilir. İtaliyada Abruzzo meşəsində yanğından 79 yaşlı qadın ölüb. Bu ölkədə yazın əvvəlindəki quraqlıq və dolunun kənd təsərrüfatına mənfi təsir etdiyi bildirilir. Bu da zeytun məhsuldarlığında 50, süt istehsalında 30 faiz azalma qeydə alınıb. Bu ölkədə isti hava həm də şərabçılığa da mənfi təsir göstərib.
Gülxar

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net