Ana səhifə

“Nar” kiçik həcmli internet paketlərini də limitsiz etdi

    Tarix: 05-08-2017 12:03   
  “Nar” kiçik həcmli internet paketlərini də limitsiz etdi
Abunəçilərin yay mövsümündə mobil internetdən daha rahat istifadəsini təmin etmək məqsədilə,
“Nar” Turbo paketlərində interneti limitsiz etdi. İndi Turbo XS, Turbo S və Turbo M paketlərini əldə
edən abunəçilər ölkənin hər yerində yüksək sürətli “Nar” internetindən yararlana bilər. Paket
çərçivəsində təqdim olunan data trafik sərf olunarsa, paketin istifadə müddətinin sonuna qədər
internet bağlantısı kəsilmir.
Turbo XS (60 Mb), Turbo S (200 Mb) və Turbo M (600 Mb) paketlərindən yararlanmaq üçün +XS, +S
və ya +M yazaraq 777 nömrəsinə SMS göndərmək lazımdır. Paketlərin dəyəri müvafiq olaraq 1, 2 və
3 AZN təşkil edir.
Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi bütün paketlərdə internet limitsiz olduğuna görə, paketin həcmi
bitdikdən sonra, istifadə müddətinin sonuna qədər, abunəçilərin balansı toxunulmaz qalır, yalnız
internetin sürəti məhdudlaşdırılır. Paketin istifadə müddəti bitənə qədər abunəçilər WhatsApp və
digər messencerlərdən tamamilə pulsuz və rahat istifadə edə bilər.
Həmçinin, internet bağlantısı saxladığına görə, mobil operator traffik bitdikdən sonra abunəçilər
üçün yarana biləcək gözlənilməz xərclərin qarşısını alır.
“Nar” internet paketləri haqqında bütün məlumatı nar.az/internet saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə
ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə

abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net