Ana səhifə

Putinin gövdə göstərişi: 5 gün sonrakı səfər nəyə hesablanıb?

    Tarix: 03-08-2017 14:29   
Putinin gövdə göstərişi: 5 gün sonrakı səfər nəyə hesablanıb?

“Rusiyanın post-sovet məkanında separatizmi qızışdırması və dəstək verməsi hər keçən gün genişlənir. Rəsmi Kreml bununla yaxın qonşularına təzyiq etmək, həmçinin Qərbin Şərqə doğru yaxınlaşma siyasətini önləməyə çalışır”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna, Moldova və Gürcüstanda münaqişələrdə açıq tərəf olması, bir daha bu ölkəni iqtisadi sanksiyalarla üzləşdirsə də Moskva hazırki kursunu daha da aqressivləşdirir:



“Bu aqressiya məhz Rusiyanın qonşu ölkələrinə qarşı həyata keçirilir. ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar Rusiyanı MDB məkanında daha da sərt siyasət aparmasına səbəb olacaq. Avqustun 8-də Rusiya prezidenti Putinin Gütcüstan ərazinin ayrılmaz tərkib hissəsi olan Abxaziyaya qanunsuz səfəri separatizmə dəstək və ölkələrin ərazi bütövlüyünə qəsddir. Xüsusi olaraq Putinin 2008-ci ildə Gürcüstan -Rusiya müharibəsinin ildönümündə Abxaziyaya səfəri, Qərbə və Gürcüstana meydan oxumaq və bu ərazilərin Rusiya üçün önəmli olduğunu göstərməkdir. Gürcüstanda hazırda ABŞ başda olmaqla NATO "Layiqli tərəfdaş - 2017" kod adlı hərbi təlimlər keçirir. Rusiya ABŞ-ın Gürcüstanda keçirdiyi bu təlimlərə görə Gürcüstana qarşı siyasi-hərbi təzyiqləri artıracaq”.

Ekspert hesab edir ki, Gürcüstanın avrointeqrasiya kursu rəsmi Kremli öz sərhədləri yaxınlığında ciddi narahat edir: “Cənubi Osetiyada hərbi birlikləri vasitəsi ilə Gürcüstanın içərilərinə doğru hərəkətləri davam etdirə bilər. Gürcüstanın Rusiyaya müqavimət etmək heç bir siyasi və hərbi gücü yoxdur. Təbii ki, Avqustun 8-də Putinin Abxaziyaya səfəri, separatçı qrumları ruhlandıracaq. Moskvanın bu təxribatçı analoji addımları, digər separatçı qrumlara presendent ola bilər. Sirr deyil ki, regionda əsas konflikt olan Qarabağ münaqişəsinin həllinin uzanmasında Rusiyanın böyük siyasi xətti var. Ona görə də bu ölkənin siyasi gedişləri imperiya maraqlarına əsaslanır və Qafqazı öz həyati maraq dairəsi hesab edir. Moskvanın separatçı bölglərlə bağlı siyasəti Azərbaycanı ciddi narahat edir. Qeyd edim ki, Putin Abxaziyaya səfər etməklə Rusiyaya etimad mühitini sıdırmış olur”.

Alçina Amilqızı
Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net