Ana səhifə

Yer böyük təhlükədən qurtuldu: 2 il sonra isə... – ÖZƏL

    Tarix: 02-08-2017 13:37   
Yer böyük təhlükədən qurtuldu: 2 il sonra isə... – ÖZƏL

Son zamanlar Günəşdə alışmaların artdığı müşahidə olunur və bu isə Yer kürəsi üçün ciddi təhlükələrdən xəbər verirdi.

Maraqlıdır, hazırda Günəşdə vəziyyət necədir?



Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb.

N.Cəlilov bildirib ki, hazırda təhlükə sovuşub: “11 ildə bir dəfə Günəşdə maqnit aktivliyi maksimum həddə çatır. Bu da alışmaların fəallaşmasına səbəb olur. Hazırda 11 illik maqnit dövrünün minimum fazasındayıq. Yəni, alışmalar, ləkələr görünməz olub. Günəşdəki vəziyyət stabilləşib. Hazırda ləkələr də görünməz olub. Bu səbəbdən alışmaların sayı azalıb. Vəziyyət stabilləşib”.

N.Cəlilovun sözlərinə görə, 2-3 illik fasilədən sonra aktivlik yenidən artacaq. Nəticədə də maqnit qasırğaların sayı artacaq.

Nigar Məhərrəm
Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net