Ana səhifə

İtaliya mafiyası ilə bağlı İNANILMAZ FAKTLAR - FOTO

    Tarix: 01-08-2017 18:00   
İtaliya mafiyası ilə bağlı İNANILMAZ FAKTLAR - FOTO

İtaliya mafiyasının dünyada analoqu yoxdur. İndiyədək bu haqda onlarla əsər yazılıb, filmlər çəkilib. Heç şübhəsiz ki, İtaliya mafiyasını hərtərəfi təqdim edən ekran əsərlərindən biri “Xaç atası”dır.
Ümumiyyətlə, “mafia” sözü abreviaturadır, yəni söz birləşməsinin baş hərflərindən ibarətdir. İtaliya mafiyasının öz estetikası, siniflər bölgüsü mövcuddur.
Publika.az İtaliya mafiyasının zümrələr bölgüsü haqda yazını təqdim edir:
Giovane D’Onore - Şərəfli gənclər
Bu zümrəyə aid olunan şəxslər adətən milliyətcə italiyalı olmurlar. Bu insanlar ailənin üzvü deyillər, lakin yad da sayılmırlar. Onlar artıq müəyyən statusa sahibdirlər. Şərəfli gənclər narkotik satışı zamanı vasitəçi rolunu oynayırlar. Qarşı tərəflə danışıqlar zamanı mafiyanın maraqlarını qoruyurlar. Bu şəxlərə adətən polislər, məmurlar, vəkillər, bank işçiləri və s. daxildir. Milliyətcə italiyalı olmayan “gənclər” heç vaxt ailəyə tam qəbul edilmir və hər zaman giovanne d’onore olaraq qalırlar.
Picciotto - Balaca adam

İtaliya mafiyası ilə bağlı İNANILMAZ FAKTLAR - FOTO
Bu qrupa mafiyanın üzvü olmağı arzulayıb, ailəyə qəbul edilməyən şəxslər aiddir. Yalnız ehtiyac yaranan zaman həmin insanlar öz namizədliklərini irəli sürə bilərlər. Bu zaman balaca adam əsgər titulunu qazanır. Əsgər seçimini hər zaman “don” yəni lider edir.
Uomini D’onore, Sgarrista, Soldato - Şərəfli insanlar, yaxud əsgərlər
Bu mafiya karyerasının ilk pilləsidir. Ailəyə yeni qəbul edilmiş üzvə verilən tituldur. O, artıq mafiya öz faydasını sübut edib hansısa komandada fəaliyyət göstərməyə hazırdır.
Capodecina, Caporegime, Capo - Şərəfli insanların kapitanı
İtaliya mafiyası ilə bağlı İNANILMAZ FAKTLAR - FOTO

Bir qayda olaraq hər bir kaponun ixtiyarında 5-20 nəfər əsgər olur. Hər bir kapo nəzarət ediyi ərazidən kriminal yolla topladığı gəliri ailənin büdcəsinə əlavə etməlidir. Hər bir mafiyanın tabeliyində belə 6-9 kriminal komanda olur. Kapolar bilavasitə dona xidmət edirlər.
Sotto Capo, Capo Bastone - Əlaltı və ya kiçik başçı
İtaliya mafiyası ilə bağlı İNANILMAZ FAKTLAR - FOTO

Donun sağəli və ailənin rəsmi ikinci başçısı sayılır. Don onu şəxsən özü seçir. Sotto kappo bütün kappoların fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır. Don həbs edilərsə və ya dünyasını dəyişərsə onun yerinə taxta keçir.
Consigliere - Məsləhətçi
Bu şəxs ailənin düşünən beyni sayılır. Baş verən bütün problemlərdə, çıxılmaz vəziyyətlərdə onun fikri əsas tutulur. O, digər ailələrlə rəsmi görüşlərdə mafiyanın maraqlarını təmsil edir. Bundan əlavə məshələtçilərin digər peşələri də olur. Həmin peşələr siyahısına vəkil, bank mütəxəssisi və s. daxildir.
Leyla Sarabi

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net