Ana səhifə

«BƏZİ NAZİRLİKLƏR LƏĞV EDİLƏ, BİRLƏŞDİRİLƏ BİLƏR» – Deputatdan islahat mesajı

    Tarix: 13-07-2017 14:48   
«BƏZİ NAZİRLİKLƏR LƏĞV EDİLƏ, BİRLƏŞDİRİLƏ BİLƏR» – Deputatdan islahat mesajı
“Hökumətin tərkibində islahatların olacağı gözlənilir. Bəzi nazirliklər ləğv edilə və ya birləşdirilə bilər. Hazırda bu məsələlər gündəmdədir. Dəyişikliklərin edilməsi qaçılmazdır”.

Bunu millət vəkili Vahid Əhmədov deyib.

Deputatın fikrincə, Azərbaycanda hökumət elə formalaşmalıdır ki, dünyada gedən iqtisadi təlatümlər fonunda çevik qərarlar qəbul etmək mümkün olsun:

“Cənab prezident islahatlara başlayıb. Bu yaxınlarda Prezident Administrasiyasında struktur dəyişiklikləri edildi. Həmçinin Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Bu islahatlar yalnız birləşdirmə və ləğvetmə ilə yekunlaşmır. Həmçnin yeni qurumlar yaradılır. Bu yaxınlarda Dövlət Reklam Agentliyi yaradıldı. Agentliyin yaradılması çox vacibdir və reklam sahəsində olan gəlirləri tənzimləyəcək.

Ümumilikdə, islahatlar davam edəcək. İslahatların aparılması Azərbaycan prezidentinin səlahiyyətində olan məsələdir. İslahatların birdən-birə aparılması müəyyən problemlər yarada bilər. O baxımdan sistemli şəkildə həyata keçirilir”.

V.Əhmədov qeyd edib ki, Azərbaycanda iqtisadi sahədə də ciddi islahatlar aparılır: “Bank sistemində islahatlat aparılır və proses davam edəcək. Sözsüz ki, biz bankların birləşməsinin tərəfdarıyıq. İslahatlar bütün sahələri əhatə edir və davamlı olacaq”.(AzVision.az)

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net