Ana səhifə

Bakı və Ankaranın gözlənilməz QARABAĞ PLANI: Ermənistan TƏLAŞ İÇİNDƏ

    Tarix: 11-07-2017 15:50   
Bakı və Ankaranın gözlənilməz QARABAĞ PLANI: Ermənistan TƏLAŞ İÇİNDƏ

Azərbaycanın Rusiyadan aldığı silahların yeni partiyasının Bakıya gətirilməsi və cəbhə bölgəsinə göndərilməsi Ermənistanın əsas gündəmidir.

Publika.az xəbər verir ki, Ermənistan ictimaiyyəti İrəvan hakimiyyətini Rusiyaya cavab verməməkdə ittiham edir, Serj Sarkisyanı qorxaq adlandırır, həmçinin, Qarabağda genişmiqyaslı hərbi toqquşmaların olacağına dair narahatlıqlarını dilə gətirir.

I Qarabağ müharibəsində öz qəddarlıqları ilə ad çıxarmış “komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan isə Bakı və Ankaranın Qarabağla bağlı gözlənilməz planlarının olduğunu deyib.

“Azərbaycan öz ordusunun arsenalını gücləndirir, lakin aldığı son silahlarla nə edəcəyini dəqiq demək çətindir. Azərbaycanın çoxlu pulu var və silah almaqda davam edəcək. Hesab edirəm ki, Azərbaycan və Türkiyə nəsə hazırlayır, onların gələcəyə dair planları var və bu gözlənilməz ola bilər”, - deyə o bildirib.

“Hetq” nəşrinin baş redaktoru Edik Baqdasaryan “facebook” səhifəsində Azərbaycanın Rusiyadan yeni silah partiyasını gətirməsini şərh edərkən yazıb ki, 2016-cı ilin aprel döyüşlərində Bakı Rusiyadan aldığı “Günəş alovu” TOS 1A və İsraildən aldığı “kamikadze” BLA pilotsuz təyyarələri ilə ağır zərbələr endirdi: “Məhz bu silahlar vasitəsilə rəqib bizim silahlı qüvvələrimizə böyük itki verdi. Rusiya həmin silahın böyük partiyasını yenidən Azərbaycana satdı, həmçinin, İsrail də silah satmaqda davam edir”.

Erməni analitik Armen Qriqoryan isə “Azadlıq radiosu”nun erməni xidmətinə açıqlamasında bildirib ki, 2011-ci ildə Qarabağ münaqişəsi üzrə Kazan danışıqları uğursuz olandan sonra, Azərbaycan genişmiqyaslı silahlanmaya başladı: “Bu dəfə Azərbaycan “aprel müharibəsi”ndən fərqli taktika izləyəcək və daha çox texnika işləyəcək”.

Erməni analitik qeyd edib ki, müharibə göstərdi ki, Ermənistanın tankları heç bir işə yaramır.

Asif

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net