Ana səhifə

Trampın oğlu ilə rusiyalı vəkili Emin Ağalarov calaşdırıb?

    Tarix: 11-07-2017 15:33   
Trampın oğlu ilə rusiyalı vəkili Emin Ağalarov calaşdırıb?

"The İndependent" yazır ki, ABŞ Senatı prezident Donald Trampın böyük oğlundan, onun Kremlə bağlı vəkillə görüşünə dair ifadə verməsini tələb edib. Oğul Trump belə bir görüşün olduğunu etiraf edib və artıq özünü müdafiə etmək üçün vəkil də tutub.

Senatın Kəşfiyyat Komitəsindəki ən yüksək vəzifəli demokrat Mark Varner deyib ki, oğul Trampın dindirilməsi son dərəcə vacibdir. Senator əlavə edib ki, oğul Trump-ın Kremlə bağlı vəkil Nataliya Veselnitskaya ilə görüşü Trump kampiyasının ruslarla əlaqələrini təsdiq edən ilk hadisədir.

Trampın oğlu bildirib ki, rusiyalı vəkil atasının rəqibi Hillari Klintona dair gözdən salan informasiyaya malik olduğunu bildirirdi və o da bu görüşə məhz buna görə gedib.

Oğul Tramp deyib ki, bu görüşdən bir şey hasil olmayıb, çünki vəd olunan informasiya əhəmiyyətli deyildi.

Oğul Tramp bildirib ki, o bundan sonra söhbəti Maqnitski Aktına çevirib. Vəkil Veselnitskaya Rusiyada insan haqalarını pozanlara qarşı ABŞ-da qəbul edilmiş bu qanuna qarşı apardığı işlə tanınır.

Trampın oğlu bunu da deyib ki, rus vəkil ona kampaniya üçün əhəmiyyətli olacaq informasiyaya malik olduğunu söyləyib. O deyib ki, guya Rusiyaya bağlı şəxslər Demokratik Partiyanın Milli Komitəsini və Hillari Klintonu dəstəkləyirlər.

Oğul Trampın dediyinə görə, söhbət əsnasında tezliklə aydın olub ki, vəkilin informasiyası yayğındır və heç bir sübuta söykənmir.

Cənab Varner deyib ki, rusiyalı vəkillə söhbət Tramp administrasiyasının "yaddaşsızlıq" vərdişinin daha bir epizodudur. Başqa sözlərlə Tramp administrasiyası və kampaniyasının rəsmiləri ruslarla görüşlərini nədənsə bir qayda olaraq "unutmuş" olurlar.

Senator deyib ki, indiyədək Tramp kampaniyasının ruslarla əlaqələrinə dair çox sayda iddialar olub, lakin prezident və onun yaxın çevrəsi bütün bu iddiaları rədd ediblər.

"The İndependent" isə hüquq ekspertinə istinadən yazır ki, ola bilsin, oğul Tramp öz bəyanatı ilə cinayət törətdiyini təsdiq edib.

MSNBC şəbəkəsindən təhlükəsizlik təhlilçisi və Ədliyyə Nazirliyinin keçmiş sözçüsü Metyu Miller deyib ki, prezidentin oğlu xarici vətandaşdan dəyəri olan nəsə almaq istədiyini və buna çalışdığını etiraf etməklə qanunu pozduğunu da etiraf edir.
Ekspert deyib ki, ABŞ qanunlarına görə, bu "qiymətli nəsənin" pul olması vacib deyil, bu bir informasiya da ola bilər.

Hələliksə, həm Tramp, həm də Kreml aralarında hər hansı bağlar və əməkdaşlıq olduğuna dair iddiaları rədd edirlər.
Cənab Varner deyib ki, Veselnitskaya ilə görüşdə iştirak etmiş şəxsləri dindirmək istərdi.

Məqalədə deyilir ki, Trampın oğlu ilə Veselnitskayanı Britaniya musiqi agentlərindən Rob Goldstone calaşdırıb.
Goldstone deyib ki, bu görüşü Rusiyalı müştərisinin xahişi ilə təşkil edib və xanım Veselnitskaya ilə birgə həmin görüşə qatılıb.

Cənab Goldstone Emin Ağalarov üçün menecer vəizfəsində işləyib. Qəzet yazır ki, Ağalarov ailəsi keçmişdə Trampla "biznes edib".

Xanım Veselnitskaya New York Times qəzetinə deyib ki, Rusiya hökumətini təmsil etmir və prezident seçkisi kampaniyası ilə heç bir əlaqəsi yoxdur.

Lakin məqalədə deyilir ki, vəkil Vaşinqton firmalarından Fusion GPS-lə bağlı olub. Bu həmin firmadır ki, cənab Trampa qarşı sübutsuz iddialar irəli sürən hesabatın hazırlanmasında iştirak edib. Trampın özü bu iddiaları "saxta xəbər" kimi təkzib edib.

Məqalədə bu da xatırladılır ki, bu şirkətə əvvəlcə Trampın respublikaçı rəqibləri müraciət etmişdilər. Bundan sonra Britaniya casusu Kristofer Stil xanım Klintonun kampaniyası üçün Trump-a qarşı informasiyaların toplanması ilə məşğul olmuşdu.

Cənab Stilin Fusion firmasına ötürdüyü informasiyaların birinə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti 2013-cü ildə cənab Trampın Moskvaya səfəri zamanı onun barəsində kompromat əldə etmişdi (BBC).

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net