Ana səhifə

Pulumuzu necə saxlayaq? - Manat, dollar və avro arasında bölgünü belə aparın

    Tarix: 10-07-2017 20:57   
Pulumuzu necə saxlayaq? - Manat, dollar və avro arasında bölgünü belə aparın
Bu gün bank sektorunun çökdüyü, milli valyutanın dəyərdən düşdüyü bir zamanda əlində müəyyən miqdar pul kütləsi olan şəxsləri düşündürən suallardan biri də həmin vəsaitin saxlanmasıdır.

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bu sualı cavablandırıb. A.Nəsirli əhaliyə tövsiyə edib ki, vəsaiti xarici valyutada saxlasınlar:



“Azərbaycanda manata inam ölüb. Bu səbəbdən vətəndaşlara depozit olaraq manat valyutasında pul saxlamağı məsləhət bilməzdim. Çünki manat nə dünyada, nə də ki ölkə sərhədlərindən kənarda etibarlı valyuta hesab edilir. Vətəndaşlara məsləhət bilərdim ki, depozitlərini avro və dollarda saxlasınlar. Bu iki valyutanı müqayisə etsək, daha çox dollara üstünlük verilməsini tövsiyə edərdim. Qarşıdakı aylarda da dolların uçot dərəcəsinin artımının gözlənilməsi onun dünyadakı mövqeyini əks etdirir. Vəsaitin 60 faizi dollarda, digər hissəsi isə avroda saxlanılması məqsədəuyğundur”. İqtisadçı bildirib ki, avro daha etibarlı və sabit olsa da, dollar ondan fərqli olaraq, bahalaşmaya daha çox meyillidir: “Bu səbəbdən böyük vəsaitin dollarda saxlanılması məqsədəuyğundur”.

Nigar Cahid
Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net