Ana səhifə

Bu halda ABŞ və Rusiya nüvə müharibəsinə başlayacaq - ŞOK SSENARİ

    Tarix: 10-07-2017 18:15   
Bu halda ABŞ və Rusiya nüvə müharibəsinə başlayacaq - ŞOK SSENARİ
Şimali Koreya tərəfindən buraxılan raket təsadüfən ABŞ və Rusiya arasında nüvə müharibəsini təhrik edə bilər.
Publika.az xəbər verir ki, bu haqda “The Daily Beast” nəşrində dərc edilmiş məqalədə Beynəlxalq Tədqiqatlar İnstitutunun (ABŞ) əməkdaşı Cefri Luis yazıb.
Cefri Luis düşünür ki, Şimali Koreya ABŞ-dakı hədəflərə qitələrarası raketi buraxarsa, Amerika hərbçiləri onu Alyaska ştatındakı Ford-Qril bazasından buraxılacaq raketlərlə vurmağa çalışacaqlar.
“Hər uçan Şimali Koreya raketinə qarşı bir neçə - 4 və ya 5 raketin buraxılması planlaşdırılır. Hədəfə dəyməyən raketlər atmosferə qayıdır və çox zaman onda yanırlar. Ssenarilərə əsasən, Alyaskadakı baza Şimali Koreya raketinə atəş açır, hədəfə dəyməyən raketlər Rusiya ərazisinin üzərində atmosferə qayıtmalıdır. Rusiya tərəfi anlayacaqmı ki, bu Birləşmiş Ştatların hücumu deyil? Və birdən Rusiya öz “nüvə çamadanı”nı çıxaracaq?
ABŞ hesab edir ki, Şimali Koreya iyulun 4-də qitələrarası ballistik raketi buraxıb. Amma Rusiya onun orta mənzilli raket olduğunu açıqlyıb.
“2009-cuda rusiyalılar kosmosa Şimali Koreya aparatının buraxılmasını qeydə almadılar. Bundan sonra Rusiya yeni radar qurdu. Əgər bu radar əla işləyirsə, o halda Rusiya “Xvanson-14” raketini necə orta mənzilli raket hesab edə bilər. Bundan başqa, biz Rusiyanın Alyaskada ballistik raket deyil, raket əleyhinə sistemin işə salındığını anlayacağını əvvəlcədən bilmirik. Rusiyadan trayektoriyalar kifayət qədər oxşar görünə bilər, xüsusilə əgər radarın operatoru güclü stres və ya təzyiqi hiss edirsə. Belə ki, 1995-ci ildə Rusiya hərbçiləri dənizin akvatoriyasından nüvə döyüş başlıqlı “Traydent” raketin işə salınmasını Norveçdən raket zondunun işə salınması kimi qəbul etdilər və təcili Yeltsinə xəbərdar etdilər”, - Cefri Luis qeyd edib.
Müəllif hesab edir ki, Amerika tərəfi sadəcə telefonla Rusiyanı xəbərdarlıq edə bilməyəcək, raketlərin ələ keçirilməsi üçün cəmi bir neçə dəqiqə var.
Luis bir neçə həll təklif edir. Birincisi, raketlər haqqında erkən xəbərdarlıq sahəsində Amerika-Rusiya əməkdaşlığı layihəsini dirçəltmək. Müəllif rusiyalıların bunda maraqlı olduğuna şübhə edir. İkincisi, nüvə döyüş başlıqları ilə raketə əleyhinə sistemi qadağan etmək və nüvə döyüş başlıqların olmadığından əmin olması üçün Rusiya və Amerika inspektorlarını raketdən müdafiə bazalarına buraxmaq.
Amma, ən etibarlı yol, Luisin fikrincə Şimali Koreya hücumlarından ABŞ-ın müdafiəsi üçün Fort-Qril bazasına güvənməməkdir.
Ömər Dağlı

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net