Ana səhifə

“Nar” Azərbaycan Texniki Universitetinin ən yaxşı nəticə göstərmiş tələbələrini mükafatlandırdı

    Tarix: 09-07-2017 08:27   

“Nar” Azərbaycan Texniki Universitetinin  ən yaxşı nəticə göstərmiş tələbələrini mükafatlandırdı

“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan

Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ötən il

Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş “Nar”

laboratoriyasının açılışını edən mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif

istiqamətlərdə inkişaf etdirir.

Universitet ötən semestrdə Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş

tələbələrinin adlarını artıq elan edib. Tədris semestrinin ən yaxşı 3 tələbəsi – Kənan Babalı,

Firuzə Məmmədova və Orxan Məmmədov müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla

“Nar” tərəfindən xüsusi hədiyyələrə layiq görülüblər. Təhsil və maariflənmənin inkişafına

xüsusi önəm verən “Nar” bu təşəbbüsü ilə tələbələrə dərslərində daha uğurlu olmaları üçün

əlavə stimul verməyə davam edir.

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi

çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb, tələbələr GSM sahəsi üzrə

müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanıblar. “Nar”-ın müasir

telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi

heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirilir. Proqram çərçivəsində

praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil

operatorda ilk addımlarını atıb. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün

nəzərdə tutulmuş təcrübə proqramı “Nar”-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası

çərçivəsində həyata keçirilir.

Mobil operatorun KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən

öyrənmək mümkündür.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa

bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı

şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin

çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını

təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi

olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından

ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net